Dünya futbolu
“Milan”ın oyunçusu “Atalanta”ya icarəyə gedir
Şarl de Ketelare “Milan”da qalmayacaq. “Rossonyerlər” növbəti mövsüm onun xidmətindən istifadə etmək niyyətində olmadığından icarəyə verilməsini planlayır.
Futbolinfo.az xəbər verir ki, belçikalı yarımmüdafiəçinin əsas müştərisi “Atalanta”dır. Berqamolular 22 yaşlı oyunçunun birillik icarəsi üçün 3 milyon avro ödəyəcək. Onlar istərsə, gələn yay 22 milyon avro (+ 4 milyon avro bonus) ödəyərək futbolçunun transfer hüququna birdəfəlik sahib çıxa bilər.
“Milan” de Ketelare üçün ötən yay “Brügge”yə 35,5 milyon avro ödəyərək onunla 5 illik müqavilə bağlamışdı.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq