Digər idman növləri
Millimiz növbəti təlim-məşq toplanışına başlayıb
Sərbəst güləş üzrə millimiz növbəti təlim-məşq toplanışına başlayıb.
Futbolinfo.az xəbər verir ki, yanvarın 7-də Göygöl Olimpiya İdman Kompleksində bir araya gələn yığmamız ayın 20-dək həmin məkanda hazırlıq prosesi keçəcək.
Baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında keçirilən məşqlərdə fiziki hazırlığın yüksəldilməsinə daha çox diqqət yetirilir. Təlim-məşq toplanışında gənclərdən ibarət millinin üzvləri də iştirak edir. Ümumilikdə hazırlıq prosesinə 46 güləşçi cəlb edilib.
Toplanış gələn ay Buxarestdə keçiriləcək Avropa çempionatına və apreldə Bakıda təşkil ediləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi