Milli komanda
Millimiz Xorvatiyaya böyük hesabla uduzdu
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının əsas seçmə mərhələsində ilk oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, komandamız Xorvatiyada keçirilən qrup oyununda bu ölkənin müvafiq yaş qrupundan ibarət millisi ilə üz-üzə gəlib.
Bakı vaxtı ilə saat 20:00-da başlayan matç Azərbaycan futzalçıları üçün uğursuz bitib. Xorvatlar bu görüşdə darmadağına seviniblər. Azərbaycan yığmasının yeganə qolunu ikinci hissədə Nazim Rəhimov vurub.
Komandamız növbəti matçını sabah Latviyaya qarşı keçirəcək.
AÇ-nin seçmə mərhələsi
7-ci qrup
17 mart
Azərbaycan – Xorvatiya 1:6
Hakimlər: Pablo Delqado Sastre (İspaniya), Mixael Lima De Sousa (Lüksemburq), Talqat Kosmuxambetov (Qazaxıstan).
Karlovaç. “Mladost Arena”.
Azərbaycan: 12. Azər Fərmanov, 2. Novruz Kazıxanov, 4. Nazim Rəhimov, 5. Nurlan Məmmədov, 7. Xəzər Ağalızadə, 1. Zaur Sultanov, 3. Fariz Mehralıyev, 6. Mirzə Əmirov, 8. Mikayıl Qiyasov, 10. Şaiq Vəlizadə, 11. Məhəmməd Abbasov, 13. Fuad Məmmədzadə (k).
Baş məşqçi: Ağatahir Əzimov.
Xorvatiya: 1. Mate Vrdolyak, 6. Lovro Cigler, 9. Dominik Çiçiç, 10. Romeo Suşac (k), 13. Filip Yosipoviç, 12. İvan Vukosav, 4. Toni Borçiç, 5. Duye Dragiçeviç, 7. Domaqoy Durkoviç, 8. Danis Hrqota, 11. Yosip Qovorko, 14. Qabriyel Lasiç.
Baş məşqçi: Duye Maretiç.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…