Milli komanda
Millimizin futbolçusu Antalyaya aparılmadı – Pasportuna görə
Futbolçu Nuğay Rəşidov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışına qatılmayıb.
Futbolinfo.az xəbər verir ki, “Qəbələ” klubundan toplanışa dəvət olunmuş Nuğay Rəşidov sənədində olan problemlə əlaqədar (pasportunun istifadə müddətinin sonuna 60 gün qaldığı üçün) komanda ilə birgə səfərə yollana bilməyib.
Pasportun yenilənməsinin vacibliyi barədə milli komandanın inzibatçısı tərəfindən futbolçuya bir neçə dəfə xəbərdarlıq olunmasına baxmayaraq, Rəşidov yeni pasport almaylb. Bu üzdən də o, qarşıdakı toplanışdan kənarda qalıb.
Xatırladaq ki, bu gündən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına başlayan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə dəvət alan “Qəbələ”nin daha bir futbolçusu Sənan Qərimov da səhhəti ilə əlaqədar heyətdən çıxarılıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”