Ölkə futbolu
Millimizin futbolçusu Türkiyədə klubunu dəyişdi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Məhəmməd Mustafa Yıldırım özünə yeni komanda tapıb.
Futbolinfo.az xəbər verir ki, “Alanyaspor”dan ayrılan 19 yaşlı hücumçu “İstanbulspor”a keçib.
Bu barədə onun yeni klubunun mətbuat xidməti məlumat yayıb. Tərəflər 4.5 illik müqaviləyə imza atıblar.
Qeyd edək ki, “İstanbulspor” TFF 1-ci liqada mübarizə aparır. Cari mövsümdə keçirdiyi 19 oyunda 40 xal toplamış komanda liderdən cəmi 1 xal geridə qalmaqla 2-ci pillədə qərarlaşıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə