Ölkə futbolu
Millimizin hücumçusu Ukrayna klubu ilə müqavilə bağladı
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyevin yeni klubunun adına rəsmən aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, 25 yaşlı futbolçu bundan sonra karyerasını Ukraynanın “Kolos” klubunda davam etdirəcək.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Millimizin üzvü ilə Premyer Liqa təmsilçisi arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Anatoli yeni komandasında “11” nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Anatoli Nuriyev son olaraq Ukrayna Premyer Liqasının digər iştirakçısı “Minay”da forma geyinib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var