Milli komanda
Millimizin mövqeyi dəyişmədi
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin FIFA reytinqində mövqeyi dəyişməyib.
Futbolinfo.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda 1305,48 xalla 76-cı sırada qərarlaşıb.
Siyahıya İspaniya başçılıq edir. “Buğalar”ın hesabında 2066,05 xal var. İngiltərə (2021,41) ikinci pilləyə yüksəlib, Fransa (2018,81) üçüncü sıradakı mövqeyində qalıb. Qardaş ölkə Türkiyə isə 1 addım irəliləyərək, 62-ci (1404,24) yerdə qərarlaşıb.
Yığmamız Avropa çempionatının seçmə mərhələsində B Liqasının I qrupunda İsveçrə, Macarıstan və Türkiyə ilə qarşılaşacaq. Qrup oyunları aprel-iyul ayları aralığında keçiriləcək.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı