Milli komanda
Millimizin növbəti oyunlarının saatı və stadionu açıqlandı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Bosniya və Herseqovina, eləcə də Danimarka yığmasına qarşı keçirəcəyi 2023-cü il dünya çempionatının seçmə oyunlarının stadionu və başlama vaxtı müəyyənləşib.
Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bosniya və Herseqovina ilə görüş aprelin 7-də Sarayevodakı “Qrbaviça” stadionunda olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Aprelin 12-də Danimarkaya qarşı keçiriləcək oyun isə saat 22:00-da başlayacaq. Matç Viborq şəhərindəki eyniadlı stadionda keçiriləcək.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)