Digər idman növləri
Millimizin oyunçuları Macarıstan kubokunun finalında üz-üzə gəldilər
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvləri Ayşən Abdulazimova və Marqarita Stepanenko Macarıstan kubokunun finalında üz-üzə gəliblər.
Futbolinfo.az xəbər verir ki, kapitanımız Ayşənin formasını geyindiyi “Vasas Obuda” və hücumçumuz Marqaritanın şərəfini qoruduğu “Swietelsky-Bekescsaba” komandalarının final qarşılaşması maraqlı mübarizədə keçib.
Bu görüşdə “Vasas Obuda” rəqibini 3:0 hesabı ilə məğlub edərək növbəti dəfə kubokun sahibi olub.
Final matçında Ayşən 7 dəfə fərqlənib. O, bu xallardan 5-ni hücumda, 1-ni blokda, digərini də eyslə qazanıb. Abdulazimova hücumda 83 faiz nəticə ilə qarşılaşmada bu göstərici üzrə ən yaxşı oyunçu olub. Marqarita Stepanenko isə 15 xal qazanıb. O, 14 dəfə hücumda, 1 dəfə isə blokda fərqlənib.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə