Digər idman növləri
Millimizin oyunlarının təqvimi bəlli oldu
Azərbaycanın 20 yaşadək voleybolçu oğlanlardan ibarət yığma komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək.
Futbolinfo.az xəbər verir ki, yarış 10-14 yanvar 2024-cü il tarixlərində Polşanın Qojuv-Velkopolski şəhərində keçiriləcək.
Artıq komandamızın oyunlarının təqvimi də bəllidir:
11 yanvar
23:00. Azərbaycan – Estoniya
12 yanvar
20:00. Azərbaycan – Ukrayna
13 yanvar
23:00. Azərbaycan – Latviya
14 yanvar
20:00. Azərbaycan – Polşa
Qeyd edək ki, yarış AÇ-2024-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.