Dünya futbolu
Millimizin sabiq üzvünün “Bursaspor” karyerası 26 gün çəkdi
Azərbaycan millisinin sabiq futbolçusu Ufuk Budak Türkiyədə klubunu dəyişib.
Futbolinfo.az xəbər verir ki, ötən ay “Bursaspor”la müqavilə imzalayan 31 yaşlı müdafiəçi “Ərzurumspor”a keçib. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Budakın “Ərzurumspor”la imzaladığı müqavilənin detalları açıqlanmayıb.
Ufuk Budak ötən ayın 13-də “Bursaspor”la bir illik müqavilə imzalamışdı. O, Bursa təmsilçisində sadəcə bir oyuna çıxıb.
“Bursaspor” bu yay “Neftçi”dən Namik Ələskərovu da heyətinə qatıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”