Ölkə futbolu
Millimizin üzvü xaricə getmək istəyir – təklifləri var
“Zirə”nin “Şamaxı”da icarə əsasında çıxış edən müdafiəçisi Cəlal Hüseynov yayda ölkə xaricinə yollana bilər. Milli üzvü bir neçə təklif alıb və Azərbaycanda qalmaq istəmir.
Futbolinfo.az saytına açıqlamasında o, ad çəkməsə də, variantlar haqda danışıb: “Yayda “Zirə”yə qayıtmalıyam, amma hələlik mövsüm bitməyib, burada başa çatmamış missiyam var. Ondan sonra düşünəcəyik. Xaricdən də təkliflər var. Ən böyük istəyim xaricdə oynamaq, legioner həyatı yaşamaqdır. Maraq göstərən klublar olsa da, ciddi, real yanaşma yoxdur. Təklif ciddi olsa da, hər şeyi analiz edəcəyik. Təkcə bir addımı yox, növbətisini də düşünəcəyik. Çünki perspektivə, gələcəyə baxmaq lazımdır. Bu dəqiqə mənim inkişaf dövrümdür, elə yerə getməliyəm ki, daha yaxşı gələ bilim”.
21 yaşlı müdafiəçi vaxtilə onunla maraqlanan “Benfika” haqda da danışıb: “İki il öncə belə bir maraq var idi. Sonra pandemiya düşdü, gedə bilmədim. Mənə dedilər ki, səni izləyəcəyik. Ondan sonra bir xəbər yoxdur”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”