Bizi izləyin

Dünya futbolu

Millimizin üzvünün Avropanı titrədən oğlu

blank
blank

Xviça Kvaratsxeliyanın A Seriyasında getdiyi yolu Henrix Mxitaryan artıq geri qayıdır. İtaliya çempionatının aparıcı komandalarında bir gürcü var, bir də erməni. Həqiqət acıdır, amma onu gizlətmək olmaz. Nəticə çıxarmaq, daha yaxşısına səy göstərmək üçün…

Əslində, “bicolar” hələ Kaxa Kaladzenin dövründə A Seriyasında at oynadırdı. Sonradan orada “dığa” da peyda oldu. Ümumiyyətlə, zaman-zaman güclü çempionatlarda çoxsaylı gürcülər görmüşük. İndi axın bir qədər azalsa da, keyfiyyətə şübhə yoxdur.

Bizim oyunçular isə hələ də Azərbaycan çempionatında “konservləşdirilib”. 23 yaşından aşağı bir oyunçunu belə kənara göndərə bilmirik. Ya da Mahir Emreli kimi bir az gecikirik. Əlimizi göyə açıb Zaqreb “Dinamo”sunda Bruno Petkoviçin satılmasını Tanrıdan diləyirik ki, Mahirin bəxti açılsın. Bu yandan Orşiçin “Sauthempton”a keçməsinə sevinirik ki, əla, yerlərdən biri boşaldı. Amma vaxtilə milliləşdirdiyimiz futbolçunun oğlu Bakının qardaşlaşdığı şəhərdə 6 ay ərzində hoqqa çıxarır, daha güclü klubların hədəfinə düşür, bütün Avropa ondan danışır.

Bəs, görəsən, millimizin “ögey” balasının doğma oğlu ora necə gedib çıxıb? Xviçanın “əmək kitabçası”nı vərəqləyək.

Badri Kvaratsxeliyanın oğlu Xviça məhz atası Azərbaycan çempionatında “Şəmkir”in heyətində top qovduğu vaxt – 2001-ci ilin fevralında Gürcüstanın paytaxtı Tiflisdə dünyaya göz açıb. Bundan hələ 1 il əvvəl Azərbaycan vətəndaşlığını alan Badri üçün, ümumiyyətlə, 2001-ci il çox yaddaqalan oldu. Belə ki, hücumçu övladının doğulmasından bir neçə ay sonra həm də karyerasında növbəti Azərbaycan çempionluğunu yaşadı.

Xviça futbolda ilk addımlarını Gürcüstanın hələ sabiq SSRİ-nin dönəmindən ən titullu klubunda – Tiflis “Dinamo”sunda atdı. O, 2017-ci il sentyabrın 29-da, 16 yaşı olarkən əsas komandada “Kolxeti-1913” ilə liqa matçında debüt etdi. Yalnız çempionatın sonlarına yaxın – axırıncı 9 turun 4-də ehtiyatdan meydana çıxdı. Bu 4 görüşdə üst-üsə cəmi 95 dəqiqə oynasa da, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qaldı.

Maraqlıdır ki, Xviça hətta liqada debütündən əvvəl Gürcüstanın U-17 yığmasında özünü göstərmək imkanı da qazandı. Özü də bu şansdan maksimum yararlandı: Latviya ilə matçda toru silkələmək üçün ona 52 dəqiqə bəs etdi.

2017-ci ilin oktyabrından başlayaraq, Kvaratsxeliyanın ölkəsinin 17 yaşadək futbolçulardan ibarət millisində məhsuldar dönəmi başladı. O, 7 ay ərzində yoxlama oyunlarında və rəsmi matçlarda 15 qol və 12 assistlə yadda qaldı! Buna baxmayaraq, paytaxt “Dinamo”su ona şans vermədi. Xviça bu səbəbdən 2018-ci ilin aprelində Rustavi “Metallurq”una transfer olundu. Yeni komandasında 18 matçda 6 qolun vurulmasında yaxından iştirak etdi – 3 qol, 3 məhsuldar ötürmə.

18 yaşlı futbolçunun inkişafı Moskva “Lokomotiv”inin diqqətini çəkdi. “Dəmiryolçular” 2019-cu ilin fevralında Xviçanı mövsümün sonuna qədər icarəyə götürdü. Düzdür, vingerin daha güclü olan Rusiya Premyer Liqasında göstəriciləri zəif oldu: 7 oyunda cəmi 1 qol vurdu. Ancaq Kvaratsxeliya artıq o vaxt “Loko”nun baş məşqçisi Yuri Syominin diqqət mərkəzinə düşdü. Rusiyanın ən güclü mütəxəssislərindən biri klub rəhbərliyindən futbolçunun transfer olunmasını xahiş etsə də, mənfi cavab aldı. Syomin sonradan bir neçə dəfə “Lokomotiv”in həmin qərarını böyük səhv adlandırdı.

Rusiya çempionatını bəyənən Xviça “Metallurq” ilə müqaviləsinə birtərəfli qaydada xitam verdi. Çünki artıq daha sərfəli təklifi var idi: “Rubin” ona elçi düşmüşdü. 2019-cu ilin yayında Kazan klubuna qoşulması Kvaratsxeliyanın bütün sonrakı karyerasına təsir göstərən keçid oldu. Ancaq həmin mövsümün ortasında onun üçün daha bir vacib hadisə yaşandı: “Rubin”in məşqçi postunda təcrübəsiz Roman Şaronovu o vaxt ölkənin ən sanballı çalışdırıcılarından olan Leonid Slutski əvəzlədi. Məhz “Vitess” və “Hall Siti” təcrübəsinə sahib mütəxəssis Xviçanı tam başqa səviyyəyə qaldırdı.

Slutski bu yay, artıq Kvaratsxeliyanın “Napoli”yə transferindən sonra onu xatırlayarkən maraqlı məqamlara toxundu. Qeyd etdi ki, Xviçanın istedadını görmək üçün məşqin 5 dəqiqəlik hissəsi kifayət etdi: “İlk məşqdə belə bir epizod yaşandı: rəqib sürüşmə fəndini yerinə yetirdi, Kvara isə yıxıldı və ağlamağa başladı. Düşündüm ki, vəssalam, ilk məşqdəcə komandanın ən istedadlı futbolçusunun diz bağları qopdu, bəlkə də, ayağı sındı… 1 dəqiqə sonra isə ayağa qalxdı və sanki heç nə olmamış kimi oynamağa başladı. Fit çalıb ona “futbol ciddi, kişilərin oyunudur, buna hazır deyilsənsə, hələ də kişi yox, oğlansansa, heç nəyə nail olmayacaqsan” dedim. Çox qəribə idi: ağrıya dözə bilmirdi. Qətiyyən! Rəqibin hər sürüşmə fəndindən sonra ağlayırdı.

İkinci problemi isə futbolla bağlı idi. Ən yaxşı tərəflərindən necə istifadə etməli olduğunu bilmirdi. Meydanın hər yerində rəqiblərini aldatmağa çalışırdı, hətta qarşısında boş zona olmayanda belə irəliyə doğru hərəkət edirdi. Bir, beş, hətta 10 rəqibini aldatmaq istəyirdi. Daha bir çətinlik daim toqquşmadan, sürüşmə fəndindən qaçmaq istəməsi idi. Bu da problem idi. Əlbəttə, belə fantastik driblinqə və keyfiyyətlərə sahibsənsə, sənə qarşı sərt oynayacaqlar. Kvara isə bundan yayınmaq üçün rəqiblərini həddindən tez aldatmağa çalışırdı”.

2021-ci ildə TOP-5 liqalara keçidi alınmayan Xviça ruhdan düşdü. Bu onun oyununa da ciddi təsir göstərməyə başladı. “Tottenhem” kimi klublar “Rubin”in futbolçusuna görə müəyyənləşdirdiyi məbləği – 18 milyon avronu ödəməkdən çəkindi. Əslində, bu, başadüşülən idi: Kvaratsxeliya Rusiya çempionatında meydana çıxdığı 50 oyunda 7 qol, 13 assistlə yadda qalmışdı. Slutski həmin anda lazımi sözləri tapdı: “Ona dedim ki, inkişaf etməlisən. İngiltərədə, Niderlandda, millidə işləmişəm və başa düşürəm ki, komandada hamıdan yaxşı oynayırsansa, ekstra-motivasiya tapmaq çətindir, yeni kluba keçməlisən. Ancaq indi sənin cəmi 20 yaşın var, hər şey hələ qarşıdadır”.

Kvaratsxeliyanın karyerasını dəyişən digər hadisə isə ötən ilin fevralına təsadüf etdi. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra FİFA Premyer Liqada çıxış edən futbolçuların tərəfini tutdu və müvəqqəti olaraq müqaviləni dondurmağa icazə verdi. Bu, Rusiyada oynadığına görə onsuz da əvvəldən vətənində tənqid olunan Xviça üçün əsl göydəndüşmə oldu. O, icarə əsasında Batumi “Dinamo”suna keçdi. Kazan klubunun rəhbərliyinin sonrakı addımı isə anlamaq mümkün deyil! Rusiya klubu Xviçanın xahişini nəzərə alıb onunla müqaviləyə xitam verdi! Başqa sözlə, ən dəyərli futbolçusunun pulsuz ayrılmasına imkan yaradıldı! Özü də söhbət mövsümün ikinci yarısı boyunca problemlər içində boğulan və sonunda Premyer Liqada yerini qoruya bilməyən “Rubin”dən gedir.

Maraqlıdır ki, Xviçanın agenti Mamuka Cuqeli bundan əvvəl belə bir açıqlama vermişdi: “Saymanovla qardaşıq, heç vaxt bir-birimizi aldatmarıq. 100 ilin tanışıyıq”. Amma sən saydığını say… Nəticədə isə Kvaratsxeliyanın bu səviyyəyə çatmasında və tanınmasında başlıca rolu olan “Rubin”ə “Napoli”nin ödədiyi 10 milyon avrodan cəmi 120 mini çatdı. Məbləğin qalan hissəsi isə futbolçuya 3 aylığına qapısını açan Batumi “Dinamo”suna qismət oldu.

Daha onun “Napoli”dəki hoqqalarından danışmağa dəyməz. Görünən kəndə nə bələdçi? İnsinyenin MLS-ə gedişindən sonra onun yerində peyda olan “bico”ya Neapolda yeni Maradona gözü ilə baxırlar. Orada çox qalıb-qalmayacağını deyə bilmərik, amma “Napoli” Maradonanın dövründən sonra ilk dəfə məhz bu il çempion olsa, buna görə həm də Kvaratsxeliyaya borcludur. Bizə isə kənardan ona qibtə ilə baxmaq qalır.

AĞA

blank
blank
blank
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-03 09:27

Qurbanov: “Yerli məşqçiyə güvənmək lazımdır”

blank
Dünya futbolu2024-05-03 09:10

Fransalı futbolçu AÇ-2024-ü buraxacaq

blank
Dünya futbolu2024-05-03 08:51

Messiyə daha bir mükafat

blank
Ölkə futbolu2024-05-03 08:35

“Azərbaycan çempionatı artıq tramplinə çevrilib”

blank
Dünya futbolu2024-05-03 08:17

“Tottenhem” “Çelsi”yə də uduzdu

blank
Milli komanda2024-05-03 08:00

Vay(ss) bizim halımıza?

blank
Dünya futbolu2024-05-03 01:15

“Fiorentina” qələbə qazandı, “Aston Villa” evdə uduzdu

blank
Dünya futbolu2024-05-03 01:03

Avroliqa: “Bayer”dən Romada qələbə, Marseldə heç-heçə

blank
Ölkə futbolu2024-05-02 23:47

Klublar Komitəsinin iclasında müzakirə olunan məsələlər bilindi

blank
Digər idman növləri2024-05-02 23:00

İlk yarımfinalçı bəlli oldu

blank
Milli komanda2024-05-02 22:45

“Prezident Kuboku”: İkinci günün qalibləri mükafatlandırıldı

blank
Milli komanda2024-05-02 22:27

Millimiz Belarus yığmasına uduzdu

blank
Digər idman növləri2024-05-02 20:00

Azərbaycanlı cütlük “Prezident Kuboku”nda üçüncü oldu

blank
Dünya futbolu2024-05-02 19:37

Fransa klubunda baş məşqçi ayrılığı

blank
Ölkə futbolu2024-05-02 19:11

“Sabah” bu bölgələrdə 22 futbolçu seçdi – VİDEO

blank
I Liqa2024-05-02 18:54

“Qaradağ Lökbatan” və “Şamaxı”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-02 18:36

Rusiya millisi üçün yeni rəqib

blank
Dünya futbolu2024-05-02 18:18

Benzema yenidən “Real”ın düşərgəsinə qayıtdı

blank
Digər idman növləri2024-05-02 17:59

Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku”nda medal qazandı

blank
Dünya futbolu2024-05-02 17:37

Millimizin sabiq üzvü “Əl-İttihad”la müqavilə bağladı

blank
Digər idman növləri2024-05-02 17:19

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib

blank
Ölkə futbolu2024-05-02 17:00

Yüksək Liqada mövsümə yekun vuruldu

blank
Ölkə futbolu2024-05-02 16:43

Martinsdən təşəkkür: “Növbəti mövsüm daha yaxşı olacaq”

blank
Digər idman növləri2024-05-02 16:26

Azərbaycan avarçəkəni “Prezident Kuboku”nun qızıl medalını qazandı

blank
Digər idman növləri2024-05-02 16:09

Gəncədə Açıq Qərb Kuboku

blank
Müsahibə2024-05-02 15:51

Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır

blank
Digər idman növləri2024-05-02 15:34

Senna İmolada yad ediləcək

blank
Digər idman növləri2024-05-02 15:17

“Anadolu Efes”in baş məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-05-02 15:00

Abdullayeva Estoniyada “Prezident Kuboku”nun ən yaxşı hakimi seçildi

blank
Premyer-liqa2024-05-02 14:45

“Turan Tovuz” – “Zirə” oyununun biletləri satışda!

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm