Dünya futbolu
Millimizin yer alacağı səbət dəqiqləşdi – DÇ-2022
Futbol üzrə Azərbaycan millisinin 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində yer alacağı səbət dəqiqləşib.
Futbolinfo.az xəbər verir ki, hazırda 1175 xalla FİFA reytinqində 114-cü pillədə qərarlaşan yığmamız püşkatmaya 5-ci səbətdən qoşulacaq.
Azərbaycan millisinin 4-cü səbətə qalxması və ya daha aşağı reytinqli yığmalarla birlikdə 6-cı səbətdə yer alması mümkün deyil. Məsələ burasındadır ki, Avropa zonası üzrə seçmə mərhələnin 55 iştirakçısı noyabrın 26-da açıqlanacaq FİFA reytinqi ilə bilinəcək. “Köhnə qitə” təmsilçiləri 6 səbətə bölünəcək. Onların beşində 10 komanda, birində 5 yığma yer alacaq. Ötən aykı FİFA reytinqində 1175 xalla dünyanın 114-cüsü olan Azərbaycan yığması Avropada 45-ci idi. Bu ay üç oyuna çıxan millimiz Sloveniya və Monteneqro ilə heç-heçələr sayəsində aktivinə 4.5 xal yazıb. Lüksemburqla görüşdə isə maksimum 8,5 xal qazanıla bilər. Bu da əmsalımızı 1188-ə çatdıracaq. Belə qazanc ən yaxşı halda iki Avropa təmsilçisi – Estoniya və Farer adalarını keçməyə yetərli olacaq. Bu isə millimizin qitədə 5-ci “onluq”da qərarlaşması, yəni 5-ci səbətdə yer alması deməkdir.
Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsinin püşkatma mərasimi dekabrın 7-də keçiriləcək.
- Premyer-liqa2024-04-28 21:55
“Sumqayıt” “Qarabağ”a qalib gəldi
- Premyer-liqa2024-04-28 19:37
“Neftçi” “Turan Tovuz”a böyük hesabla qalib gəldi
- Ölkə futbolu2024-04-27 23:05
Samir Abasov Xavi ilə görüşdü
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi