Dünya futbolu
Millinin baş məşqçisi olmaq üçün rüşvət verən keçmiş futbolçu həbs edildi
“Everton”un keçmiş futbolçusu Li Ti Çində ömürlük həbs cəzası alıb.
Futbolçu karyerası ərzində “Everton”, “Şeffild Yunayted” və Çin klublarında çıxış edən Li Ti 2019-2021-ci illərdə Çin millisinin baş məşqçisi olub. O, yığma komandanın 2022-ci il Dünya Çempionatına vəsiqə qazanma şansını itirdikdən sonra istefaya göndərilib.
Li Ti Çin prezidenti Si Tsinpinin birbaşa təlimatı ilə 2022-ci ilin noyabrında ölkə futbolunda başladılan korrupsiya araşdırmasının əsas simalarından olub. Məşqçi hazırda xüsusi nəzarət altındadır.
Dindirilmə zamanı o, çox sayda rüşvət aldığını etiraf edib. Li Ti Çin millisinin baş məşqçisi işləmək üçün də rüşvət verib. Bunun üçün 2018-ci ildə 3 milyon yuan (təxminən 422 min dollar) ödəyib.
Bundan əlavə o, Çinin ikinci liqasında danışılmış oyunlar təşkil etdiyini etiraf edib. Bu gün çıxarılan qərara əsasən, Li Ti korrupsiyaya görə ömürlük həbs cəzasına məhkum edilib. Çin Futbol Federasiyasının keçmiş rəhbəri isə 15 il müddətinə azadlıqdan məhrum edilib.