Dünya futbolu
Millinin baş məşqçisi qovuldu
Futbol üzrə Kosta-Rika yığmasının baş məşqçisi Ronald Qonsales istefaya göndərilib. Futbolinfo.az xəbər verir ki, bu barədə Kosta-Rika Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Kosta-Rika yığması bu gün ABŞ-la yoxlama oyunu keçirib. Qarşılaşma bu komandanın 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Matçdan dərhal sonra baş məşqçi istefaya göndərilib.
Qeyd edək ki, Qonsales 2019-cu ildən Kosta-Rika yığmasına rəhbərlik edirdi. Bu komanda onun rəhbərliyi altında keçirdiyi son 10 oyunda qələbə qazana bilməyib. Sonuncu dəfə 2019-cu ilin noyabrında Kurasaoya qalib gələn kosta-rikalılar, ondan sonrakı görüşlərdən cəmi ikisində heç-heçə etdikləri halda, qalan görüşlərdə məğlubiyyətlə üzləşiblər.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib