Bizi izləyin

Milli komanda

Millinin oyunları klub məşqçilərinin gözündə – SORĞU

blank
blank

Milli komandalarımızın nəticələri hamını məyus etdi. Əsas yığmanın qələbəsiz oyunlar seriyası davam edərkən, xüsusilə Lüksemburq məğlubiyyəti azarkeşlərin narazılığı ilə qarşılandı. Digər yığmalarımızın da qələbəyə həsrət qalması, xüsusilə U-21-in Avsrtiya darmadağını sosial şəbəkədə tənqidləri çoxaltdı. 1 həftə ərzində ayrı-ayrı 4 yığmanın 10 oyunda qələbə qazanmadan 8 məğlubiyyət almasının əks-sədası fərqli ola bilməzdi.

Mətbuat nəticələri analiz etdi, problemləri qabartdı, haqlı tənqidlərə yer verdi. Bir sıra mütəxəssislər də eynilə davrandı. Təbii ki, kimsədən tərif də gözlənilmirdi – ortada öyünüləsi heç nə yoxdu.

Bəs, Premyer Liqada oynayan klubların məşqçiləri nə düşünür? Axı, onların əksəriyyətinin yetirməsi də bu matçlarda iştirak etdi. Üstəlik, aktiv məşqçilik fəaliyyəti ilə məşğul olduqlarından onların düşüncələri maraqlıdı.

Bütün məşqçilərə tribuna verdik, milli komandaların son oyunlarına münasibət bildirmələrini istədik. Onların dediklərini isə şərh vermədən təqdim edirik. Kimin nə dərəcədə səmimi olduğuna, kimin gerçəkləri dilə gətirdiyinə, kimin tənqidə ehtiyatlandığına və kimin əsl həqiqəti söylədiyinə oxucular qərar versin.

Samir Abasov, “Neftçi”: “Portuqaliya ilə oyunda hər şey məlum idi – qalib gəlməyimiz çətin görünürdü. Bu matçda qələbə möcüzəyə bərabər bir şey olardı. İrlandiya ilə oyunda komanda yaxşı oynadı, təəssüf ki, qalib gələ bilmədilər. Başa-baş mübarizə apara biləcəyimiz bir komanda idi. Lüksemburqla oyunda isə hamı kimi qələbə gözləyirdim, lazım olan nəticəni qazana bilmədilər”.

Ayxan Abbasov, “Sumqayıt”: “İlk öncə U-21-ə nəzər salmalıyıq. Bu komandanın üzvləri Premyer Liqada müntəzəm çıxış edir. Amma bu, yalnız mövcud limitə görə deyil, birdən çox gənc oynadan komandalarımız da var. Bu, yaxşı haldı, millinin məşqçiləri üçün də üstünlükdü. Yığmanın son oyununu izləməmişəm. Xorvatiyadakı matçda isə rəqib çox üstün idi, bununla belə, daha yaxşı çıxış etmək olardı. Əvvəlki U-21-lərə baxanda indiki heyət daha təcrübəlidi, əksəri ikinci ildi Premyer Liqada oynayır. Əsas milliyə gəlincə, bu il legioner həyatı yaşamaq üçün gedən futbolçularımızın çoxalması sevindirdi, onların növbəti oyunlarda milliyə daha faydalı olacağına inanıram. Amma bugünkü nəticələr yaxşı deyil. Hansısa detallar barədə danışmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, millinin heyəti gəncdi, hardasa ardıcıl 10 il bir yerdə çıxış edə biləcək futbolçular toplaşıb”.

Rəşad Sadıqov, “Zirə”: “Aşağı yaş qruplarından ibarət milli komandalarla bağlı yaxın keçmişdə fikirlərimi bölüşmüşəm. Bu, bir qədər geniş mövzudu və daha əhatəli müzakirəyə ehtiyac var. Əsas milli komandamızın seçmə mərhələdəki çıxışı ilə bağlı fikir bildirmək mənə çox çətindir. 17 il millidə çıxış etmişəm, uzun müddət komandanın kapitanı olmuşam. Milli son oyunlarından sonra çox tənqid olunur. Amma komandamızın yaxşı potensialı var. Ümid edirəm ki, yaxın gələcəkdə yaxşı oynayıb müsbət nəticələr əldə edəcəyik”.

Ramin Quliyev, “Sabah”: “İlk növbədə onu deyim ki, hər birimiz millimizin baxımlı oyun sərgiləmisini və qalib gəlməsini istəyirik. Təəssüf ki, son oyunlarda istədiyimiz nəticəni əldə edə bilmirik. İstər Lüksemburq, istərsə də İrlandiya ilə görüşlərdə fərqli hissələr izlədik. Lüksemburqla görüşdə millimiz ikinci hissədə daha baxımlı, hücumameyilli oyun sərgilədi, qol imkanları yaratdı. İrlandlarla oyunda isə ilk hissəni uğurla çıxış edib, ikinci hissədə daha çox hesabı qorumağa çalışdıq. Sonuncu oyunda isə qrupun favoriti olan Portuqaliyaya qarşı oynadıq. Təbii ki, əvvəlki iki oyunun yorğunluğu Portuqaliya ilə matça təsirsiz ötüşmədi. Sadaladığım amilləri nəzərə alsaq, bu nəticəni gözləmək olardı. Bu gün yəqin ki, heç kim millimizin Portuqaliyaya qalib gəlməli olduğunu demir. Amma hamı yığmamızdan layiqli mübarizə və əzmkar oyun görmək istəyirdi. Bu, futboldu, istənilən nəticə ola bilər. Daha yaxşı da ola bilərdi, daha pis də. Burda fikrimcə, oyunçuların hansı vəziyyətdə olması və nə dərəcədə əzmkar, istəkli mübarizə aparmasından çox şey asılıdır. Milli komanda hamımızındır. Hamımız onun uğurlarına sevinib, məğlubiyyətinə üzülürük. Çıxış yolu nədədir? Bu, bir-iki cümlə ilə izah olunası məsələ deyil. Geniş müzakirə mövzusudur. Bu gün Premyer Liqada 8 komanda mübarizə aparır və çempionatda 21 yaş limiti ilə gənc oyunçular qazanmağa çalışırıq. Bunun özü də ürəkaçan durum deyil. Ölkədə futbolun inkişafı strategiyası, milli komandaların inkişafı və s. mövzular var ki, bu məsələlər barədə saatlarla danışmaq olar”.

Sənan Qurbanov, “Keşlə”: “Lüksemburqla oyunda futbolçularımız əlindən gələni etdi. Nəzərə alaq ki, futbol daim inkişafdadı, bu ölkənin millisində istedadlı futbolçular çoxalır. Lüksemburq yığması kimi klubları da artıq daha yaxşı çıxış edir. Səfərdə oynadığımızdan işimiz çətin idi. Məşqçilər, futbolçular yaxşı nəticə üçün əlindən gələni etdi. İrlandiyada komanda daha yaxşı təsir bağışladı – qol vurduq, əlavə imkanlarımız oldu. Meydan sahibləri ikinci hissədə tempi artırdı, ev komandası olmağın üstünlüyündən yararlandı və məğlubiyyətdən qaçdı. Heç-heçə səfər oyunu üçün pis nəticə deyil, hətta uğur saymaq olar. Portuqaliyaya gəlincə, rəqib çox güclü idi, oyunçularının harada oynadığını xatırlamaq kifayətdi. Usta futbolçular meydanda idi və səviyyə fərqi sözünü dedi”.

Elmar Baxşiyev, “Qəbələ”: “Yıgmamızdan daha yaxşı nəticələr gözləyirdik. Oyunları məşqçi kimi dəyərləndirmək istəməzdim, hamımız milli komandamızın azarkeşiyik. Portuqaliyanın nə qədər güclü olduğunu bilsək də, içimizdə uğurlu nəticəyə bir inam var idi. Və bu da azarkeşlik hisslərindən qaynaqlanır. Amma stadionda gördüklərimiz məyus etdi. Nəticəni günümüzün reallığı hesab etmək olar. İrlandiya ilə oyunun nəticəsini qənaətbəxş hesab etmək olar. Lüksemburqla qarşılaşma isə bu üç oyun içərisində ən uğursuzu oldu”.

Aftandil Hacıyev, “Səbail”: “Heyət baxımından millidə seçim etmək imkanı kifayət qədər genişlənib. Xaricdəki legionerlərimizin sayının artması yaxşıdı. Nəticələr bəlkə də daha yaxşı ola bilərdi. Rəqiblərdən yalnız Lüksemburq bizə yaxındı, digərləri reytinqdə daha üst pillələrdədi. Vəziyyəti yaxşılaşdırmaq üçün həmişəki kimi yenə zamana ehtiyac var. Şablon səslənsə də, deməliyəm – aşağı yaş qruplarına diqqət artırılmalıdı. 21 yaşlıların oyunu bizə gələcək üçün ümid verməsə belə, orada da kifayət qədər perspektivli uşaqlar var, heyət Premyer Liqada oynayanlardan formalaşıb. Millilərimizin bu nəticələri hamı kimi mənə də təsir edir, yaxşı olması üçün hamımız birləşib futbolumuzu daha da inkişaf etdirməliyik”.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sorğudan kənar qaldı. O, vaxtilə milli komandanın baş məşqçisi olduğunu, bu səbəbdən yığma barədə fikir bildirməyi etik cəhətdən doğru saymadığını söylədi.

CAVAD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-22 11:20

Mendi “Real”dan ayrıla bilər

blank
Ölkə futbolu2024-04-22 11:02

5 aylıq həsrətin sonu, daha da qızışan ikincilik mübarizəsi

blank
Ölkə futbolu2024-04-22 10:47

“Səbail”in 50-ci, “Zirə” 100-cü qələbəsi

blank
Dünya futbolu2024-04-22 10:32

“Milan” Pioliyə əvəzedici tapıb

blank
Digər idman növləri2024-04-22 10:15

Nicat Kanadada qələbə qazana bilmədi

blank
Digər idman növləri2024-04-22 10:00

Azərbaycan paraüzgüçüsü Avropa çempionu oldu

blank
Digər idman növləri2024-04-22 09:42

Azərbaycanın üç boksçusu Avropa çempionatının 1/4 finalında

blank
Dünya futbolu2024-04-22 09:25

Hüseynovlu “Arda” ÇSKA-ya da uduzdu

blank
Ölkə futbolu2024-04-22 09:09

“Yurqorden”in idman direktoru: “Qurbanlı ayrılmaq istədiyini bizə deməyib”

blank
Ölkə futbolu2024-04-22 08:51

Şeydayevdən narazılıq var: “Zərbələri bu liqada oynayan bir futbolçuya yaraşmır”

blank
Ölkə futbolu2024-04-22 08:34

Musa “Yurqorden” dəftərini bağladı

blank
Ölkə futbolu2024-04-22 08:17

“Qarabağ”ın növbəti potensial rəqibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-22 08:00

İddialıların “autsayder ovu”

blank
Dünya futbolu2024-04-22 01:53

PSJ və “Monako”dan növbəti qələbə

blank
Dünya futbolu2024-04-22 01:35

“Real”dan “Barselona” üzərində əzmkar qələbə

blank
Dünya futbolu2024-04-22 01:21

“Fiorentina” və “Atalanta” səfər qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 00:08

“Bayer” “Borussiya”ya da uduzmadı

blank
Dünya futbolu2024-04-21 23:53

“Liverpul”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-21 23:37

Finalda Mançester derbisi olacaq

blank
Dünya futbolu2024-04-21 23:24

Rahil Məmmədovun komandası “Lex”ə uduzdu

blank
Dünya futbolu2024-04-21 23:16

Renatlı “Hatayspor” uduzdu, “Qalatasaray” qalib gəldi

blank
Premyer-liqa2024-04-21 22:41

“Oyun planında komandaya etirazım yoxdur” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-04-21 22:24

“Oyunçular tapşırıqları maksimum yerinə yetirdilər” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-21 21:59

“Araz-Naxçıvan” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Əvəzedicilər2024-04-21 21:25

“Qarabağ-2” məğlubiyyətə üzüldü

blank
Premyer-liqa2024-04-21 20:55

“Səbail” “Araz-Naxçıvan”a qalib gəldi

blank
Premyer-liqa2024-04-21 20:21

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-21 20:00

Büdrəyən olmadı, bir oyun baş tutmadı

blank
Premyer-liqa2024-04-21 19:38

“İkinci hissədən məmnun deyiləm” – Renduliç

blank
Premyer-liqa2024-04-21 19:19

“Gələn oyunlara köklənməliyik” – Adil Şükürov

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm