Ölkə futbolu
Misli Premyer Liqası: titul sponsorlarının turnir cədvəli
“Turan Tovuz”un yeni sponsoruna qovuşmasından sonra yalnız AFFA vasitəsilə köçən dövlət yardımına möhtac qalan cəmi iki komanda qaldı. Düzdür, “Şamaxı” rayon rəhbərliyindən müəyyən dəstək görür, “Kəpəz”in bütün ümidi isə illik 3 milyon manatadır.
Hazırda Misli Premyer Liqasında mübarizə aparan klublardan yalnız ikisinin titul sponsoru yoxdur – formalarının ön hissəsi boş qalıb. Bəlkə onların turnir cədvəlinin son pillələrində qərarlaşmasının bir səbəbi də budur. Düzdür, imkanlı sponsoru olan “Səbail”in autsayderlər qrupunda qərarlaşması, ötən həftəyədək belə köməyi olmayan “Turan Tovuz”un 6-cı pillədə möhkəmlənməsi faktları da var.
Klublarımızın heç də hamısı formasının önünə baş sponsorlarının loqolarını vurmur. Əsas himayədarlara bağlı şirkətlər və ya müəyyən məbləğdə yardım edənlər də bu şəkildə reklam olunur. Elə klublar var ki, onlar kiçik məbləğli müqavilələrlə bir neçə şirkətlə əməkdaşlıq edir. Və onların loqoları komandaların formalarının müxtəlif hissələrində yer alıb. Yalnız “Kəpəz” və “Şamaxı” bütün bu imkanlardan məhrumdur.
Misli Premyer Liqasında çıxış edən klubların titul sponsorları:
Qarabağ: Azersun
Sabah: Bank Respublika
Neftçi: Turkish Airlines
Zirə: Santral
Qəbələ: Gilan Knauf
Turan Tovuz: Huner Group
Sumqayıt: Paşa Həyat
Şamaxı: —
Səbail: ASCO
Kəpəz: —
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı