Dünya futbolu
Moldova – Azərbaycan matçında rumıniyalı hakimlər
Bu gün Moldova və Azərbaycan milli komandaları arasında keçiriləcək yoxlama oyununun hakimləri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, sözügedən qarşılaşma Rumıniyadan olan hakimlər briqadasına həvalə olunub.
AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, qarşılaşmanın baş hakimi Marian Aleksandru Barbu olacaq. Ona yan xətt hakimləri Vladimir Urziça və Mirça Orbulet kömək edəcək. Dördüncü hakim funksiyasını isə İon Orliç yerinə yetirəcək.
Qeyd edək ki, Moldovanın paytaxtı Kişinyovdakı “Zimbru” stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Qarşılaşma “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Müsahibə2024-05-15 08:00
Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”