Ölkə futbolu
Monroz iyulun 15-də qayıdıb
Stiven Jozef-Monroz “Neftçi”nin düşərgəsindədi. Fransalı hücumçu 2 həftədi bakılıların Qəbələdəki toplanışına qatılıb.
Futbolinfo.az xəbər verir ki, istirahət üçün vətəninə yollanan futbolçunun komandaya qayıtmaması barədə xəbərlər dolaşır. Məlum səbəblərdən klubların hazırlığından xəbər tutmaq, çalışmaları izləmək mümkün olmadığından klub rəsmilərinə inanmağa məcburuq. “Neftçi” tərəfi isə Monrozun iyulun 15-dən etibarən yoldaşları ilə birgə olduğunu deyir.
Fransalı ötən həftəsonu “Sumqayıt”la yoxlama matçında forma geyinib. Bunu rəqib komandanın üzvləri də təsdiq edir. Monroz həmin matçda hücum xəttində yerini alıb.
Belə şaiyələrin qarşısını almaq üçün ən yaxşı yol oyunlardan, məşqlərdən video/fotoreportajların hazırlanmasıdı. Klubların bunu etmək üçün hər hansı problemi yoxdur. Təəssüf ki, Operativ Qərargahın absurd qadağa-qərarı üzündən hazırlıqlar “məxfiləşib”, ictimaiyyət üçün gizli saxlanılır. Səbəbini bir bilən olsa…