Dünya futbolu
Mourinyonun qarşılaşdığı ən pis hakim
“Roma”nın baş məşqçisi Joze Mourinyo A Seriyasında “Montsa” ilə oyundan (1:1) sonra hakim Daniele Kiffini tənqid edib.
Futbolinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Kiffini karyerasında qarşılaşdığı ən pis hakim adlandırıb:
“O, karyeramda qarşılaşdığım ən pis hakimdir. Hakim nəticəyə böyük təsir göstərmədi, amma çox pis idi. O, texniki cəhətdən dəhşətlidir, oyunu hiss etmir, oyunçularla heç bir münasibət qurmur. Referi oyunun 96-cı dəqiqəsində yorğunluqdan ayağı sürüşən oyunçuya qırmızı vərəqə verdi”.
“Roma” A Seriyasında 33 turdan sonra 58 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı