Dünya futbolu
Mövsüm yekunlaşdırıldı, karyerasını bitirdiyini açıqladı
Fransanın “Dijon” klubunda çıxış edən Floren Balmont karyerasını bitirib.
Futbolinfo.az xəbər verir ki, bu barədə 40 yaşlı yarımmüdafiəçi “instagram” hesabında məlumat yayıb.
Balmont, Liqa 1-də mövsümün dayandırılmasından sonra karyerasını bitirdiyini açıqlayıb. Fransız yarımmüdafiəçi daha əvvəl mövsümün sonunda karyerasını bitirə biləcəyini demişdi.
“Lion”un yetirməsi olan Balmont, karyerası ərzində “Tuluza”, “Nitsa”, “Lill” və “Dijon”da çıxış edib.
Liqa 1 koronavirus pandemiyasına görə dayandırılıb və PSJ klubu çempion elan olunub.