Digər idman növləri
Mövsümöncəsi testlər zamanı “Mercedes”də problemlər
W15 adını alan yeni “Mercedes” bolidi, Bəhreyndə mövsümöncəsi testlərin ilk günündə hibrid sistemində problemlərlə üzləşib. Bu barədə “Auto Motor und Sport” nəşri məlumat yayıb.
“Mercedes”in hibrid sistemində problemlər var. Problemi aradan qaldırmaq üçün komandaya vaxt lazım olacaq”, – deyə mənbə bildirib.
Xatırladaq ki, bu gün Bəhreyndə testlərə start verilib. Bu həm də Formula 1 mövsümünün başlanması deməkdir. “Mercedes” komandasında bu il Corc Rassel və Lyuis Həmilton çıxış edəcək. Hamilton mövsümün sonunda komandanı tərk edəcək.