Ölkə futbolu
Mövsümün 5-ci istefası
“Araz-Naxçıvan”ın icraçı direktoru Eldəniz Yusifov komandanın baş məşqçisi Azər Bağırovun istefaya göndərildiyini təsdiqləyib. O, tərəflərin yolları qarşılıqlı razılıq əsasında ayırdığını bildirib.
Futbolinfo.az xəbər verir ki, komandanın son turlardakı uğursuz çıxışı həlledici olub. 29 turdan sonra 32 xal toplayan muxtar respublika təmsilçisi 8-ci pillədədir. “Kəpəz”ə məğlubiyyətdən sonra gəncəlilər “Araz-Naxçıvan”a bir qədər də yaxınlaşıb.
Xatırladaq ki, bu, mövsüm ərzində 5-ci məşqçi istefasıdır. Daha öncə “Neftçi”də Adrian Mutunu Miodraq Bojoviç, “Sabah”da Murad Musayevi Krunoslav Renduliç, “Kəpəz”də Azər Məmmədovu Adil Şükürov, “Qəbələ”də Elmar Baxşıyevi Kaxaber Sxadadze əvəz edib. Bağırovun xələfinin kim olacağına həftə ərzində aydınlıq gəlməlidir.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…