Digər
Mübariz Mənsimov zəlzələdə zərər çəkənlərə yardım ayırdı
Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçiriblər.
Futbolinfo.az xəbər verir ki, “Xəzər Lənkəran” klubunun sabiq prezidenti, azərbaycanlı iş adamı, “Palmali Holding”in prezidenti Mübariz Mənsimov da bu kampaniyaya qatılıb.
Mənsimovun nümayəndəsi canlı efirdə tanınmış türkiyəli sənətçi Hülya Avşara zəng edərək “Palmali Holding” rəhbərinin də ianələrə qoşulmaq istədiyini bildirib. Azərbaycanlı iş adamı 2 milyon türk lirəsi, 200 prefabrik ev, 130 çadırdan ibarət çadır şəhərciyi, mənzil tikintisində 100 evin tikilməsində sponsorluq və 500 tələbəyə təhsil dəstəyi veriləcəyini bildirib.
Xatırladaq, “Palmali Holding” zəlzələdə zərərçəkənlər üçün fərdi yardım kampaniyasına da start verib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…