Bizi izləyin

Ölkə futbolu

Müharibə əleyhidarı, ukraynalılara yardım edən rus və “Zenit”in rekordçusu – Lunyov

blank
blank

Şahrudin Məhəmmədəliyev səhv etməkdən yorulmayınca “Qarabağ” nəhayət, yeni qapıçı almağın zəruriliyini anladı. Əslində, millimizin qapıçısı ilin əvvəlində zədələnəndə Ağdam klubunun rəhbərliyi qapıçı axtarışına çıxmışdı. Onda da “Bayer”in qapıçısı Andrey Lunyovu ölkəyə gətirmək barədə planlar cızmışdılar. Amma leverkuzenlilər iki ayağını bir başmağa dirəyərək Lunyovu Azərbaycana gəlməyə qoymamışdı. Halbuki, rusiyalı qapıçıya da oynamağa da şans vermirdilər.

İş elə gətirdi ki, Şahruddinin yoxluğunda Bakıya gətirə bilmədiklərini o sağlam vəziyyətdə olarkən razı saldılar. Bəlkə də fikrimizdə qüsura yol verdik. Şahruddin sağlam vəziyyətdədirmi? Fiziki cəhətdən ola bilər, amma oyun planında əsla! Əslində, Almaniyaya getdikdən sonra Lunyovu da hazır vəziyyətdə saymaq olmaz. 2 il ərzində 3 dəfə leverkuzenlilərin heyətində meydana çıxan futbolçuya da indiki vəziyyətdə güvənmək çətindir. Yəni, o da formada deyil.

İndiki məqamda rusiyalı qapıçıya dövriyyəyə buraxılan pul gözü ilə baxmaq olar. O, artıq burada işlənəcək və dəyərini artıracaq. Hər halda, buna ümid etmək olar.

Moskva “Torpedo”sunun yetirməsi olan Lunyov 2009-14-cü illərdə bu klubun şərəfini qorumuşdu. O, 2012-ci ildə “İstra”, 2013-14-cü illərdə isə “Kaluqa”ya müvəqqəti icarəyə verilmişdi. 2015-ci ilin qışında “Saturn” ilə müqavilə imzalayan qapıçı orada cəmi 4 oyun keçirmişdi. Andreyin əsl yüksəlişi isə “Ufa”da başlamışdı. Qolkiper məhz bu klubunun heyətində 2016-cı ilin sentyabrında Rusiya Premyer Liqasında debüt etmişdi. Başqa sözlə, yalnız 24 yaş 9 ay və 29 günlüyündə elitada ilk oyununa çıxmışdı.

Lunyov “Ufa”da qısa müddət ərzində özünü əla tərəfdən göstərməyi bacardı. O, çempionatın 11 matçında 6 dəfə qapısını toxunulmaz saxladı. O cümlədən, “Krasnodar”, “Lokomotiv” və “Spartak” ilə ilk 3 oyundaca top buraxmadı. Bundan sonra Andrey qapıçı axtarışında olan “Zenit”in diqqətini cəlb etdi. Yurı Lodıginin qeyri-sabit çıxışı Sankt-Peterburq təmsilçisini buna məcbur qoydu. “Göy-ağ-mavilər” 2017-ci ilin yanvarında Lunyova görə “Ufa”ya 3,5 milyon avro ödədilər.

blank

Andrey “Zenit”də elə ilk şansından maksimum yararlandı. O, həmin mövsüm çempionatda 10 matç keçirdi və 6-da qapısını toxunulmaz saxladı. Komandası isə bu oyunlarda 7 qələbə qazandı. Bu isə Lunyovun Mirça Luçeskunun gedişindən və Roberto Mançininin təyinatından sonra da əsas qolkiper statusunda qalması ilə nəticələndi.

Maraqlıdır ki, “Zenit”də keçiridyi ilk 17 matçın 10-da qapısından top buraxmayan Andrey bu mənada klubun rekordçusuna çevrildi. O, hətta piterlilərin əfsanəsi sayılan Vyaçeslav Malafeyevi də geridə qoydu.

“Zenit”in heyətində 3 dəfə Rusiya çempionatının və 1 dəfə ölkə kubokunun qalibi olan Lunyov hələ 2020-ci ildə gücünü Avropada sınamaq qərarına gəldi. Klub xeyli müddət onunla yeni müqavilə imzalamağa çalışsa da, istəyinə çatmadı. Beləliklə, Andrey 2021-ci ilin yayında azad agent kimi Leverkuzen “Bayer”inə keçdi. Görünür, Lunyovun bu qərarı “Zenit”in heç də ürəyincə olmadı. Nəticədə qolkiper hətta 2022-ci ildə “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Millerə ona düşən “premiya”nın ödənilməsi ilə bağlı müraciət etməyə məcbur qaldı.

Lunyovun Avropa yollanmaq arzusu hər nə qədər təqdirəlayiq olsa da, klub seçimini çox uğursuz etdiyini demək lazımdır. O, 2015-ci ildən Almaniyada, 2018-ci ildən isə “Bayer”də çıxış edən Lukaş Qradetskini üstələməli idi ki, bunun üçün əvvəldən şansı cüzi görünürdü. Finlandiyalı qapıçı 3 mövsüm “Ayntraxt”da, daha sonra da 3 mövsüm Leverkuzen klubunda bir nömrə olduğuna şübhə yeri qoymadı. Onun həmin 6 mövsüm ərzində elitada cəmi 8 matç buraxması da çox şeydən xəbər verirdi. Üstəlik, Qradetski “Bayer” azarkeşlərinin sevimlisi və bundan da vacib olan – komandanın kapitanı idi. Bu, Lunyovun onsuz da yüksək olmayan şanslarını sıfıra yaxınlaşdırıdı.

Belə də oldu: rusiyalı Leverkuzen klubunda 2 mövsüm ərzində cəmi 3 rəsmi oyunda meydana çıxdı: 2 dəfə Bundesliqada və 1 dəfə Avropa Liqasında.

blank

Andrey 2022-ci ilin mayında Almaniya çempionatında debüt etdi. Həmin matçda komandası evdə “Frayburq”a 2:1 hesabı ilə qalib gəldi. O, növbəti şansını isə artıq 2022/23 mövsümündə tapdı. Ancaq sözügedən görüş Lunyov üçün uğurlu olmadı. Həm “Bayer” evdə gözlənilmədən “Auqsburq”a 1:2 hesabı ilə məğlub oldu, həm də qapıçı özü zədələndi. Levekuzenlilərin formasında Avropa Liqasında keçirdiyi yeganə oyuna gəlincə, ovaxta qədər məsələni həll edən “Bayer” sonuncu – 6-cı turda səfərdə “Ferentsvaroş”a qarşı ikinci heyəti meydana buraxdı.

Zədələrdən söz düşmüşkən. Lunyovun 2020-ci ildən bu yana bu mənada ciddi əziyyət çəkməsi xüsusi vurğulanmalıdır. 2016-19-cu illərdə zədə səbəbindən cəmi 25 matç buraxan Andrey növbəti mövsümlərdə 65 görüşdə komandasına kömək edə bilmədi. Sırf “Bayer” karyerasında isə zədələrə görə 246 gün, başqa sözlə, 8 aydan bir qədər çox yaşıl meydanlardan kənarda qaldı. Razılaşaq ki, “Qarabağ” üçün düşündürücü statistikadır.

Lunyovun “Bayer”də oynayarkən verdiyi müsahibələrindən maraqlı məqamlar

• Burada pressinqə məruz qalanda da topu qorumağa, üstünlük əldə etməyə çalışırlar. Bununla bağlı komanda üçün ümumi tələblər var. Hər kəs nəyi və nə üçün etdiyini bilir. Heç kim ümumi sistemdən kənarda qalmamalıdır. Şərti olaraq, komanda topu saxlayırsa, sən isə rəqibin ayaq səsini eşidib, qorxu içində topu auta göndərirsənsə, bu, kimə lazımdır? Qapıçı bu mənada sistemin əsasını təşkil edən oyunçulardan biri, mexanizmin ayrılmaz hissəsidir. Və əsas funksiyalarından əlavə, hücumların başlanğıcında da iştirak etməlidir (Şahruddinə əla mesajdır – red.).

• Qradetski? Bir qapıçı ki, komandada 3 il ərzində əvəzlənmədən oynayır, deməli, baş məşqçi ona güvənir. Amma məni də bura çağıranda eyni sözləri demişdi. Məşqçilərin qapıçılara dayaq olması normal haldır. Belə rəqabət hər yerdə olmalıdır. Buna normal yanaşıram.

Yeri gəlmişkən…

Lunyov Rusiyanın Ukraynaya hücum etməsini anlamayan və müharibəyə qarşı çıxan rusiyalı idmançılardan biridir: “Həqiqətən də başa düşürsən ki, dəhşətli bir şey baş verir. Hər iki tərəfdən insanlar ölür. Mənim üçün belaruslular və ukraynalılar həmişə qardaş xalqın nümayəndələri olub. Bu müharibənin hədəfini anlaya bilmirəm. Bu, nə vaxt qurtaracaq axı? Səfərbərlik zamanı mənə çağırış vəsiqəsinin gəlməsi? Anam mənə heç nə deməyib. Bu da o deməkdir ki, gəlməyib. Gəlsin də, nə olacaq ki?!”

Maraqlıdır…

Lunyov Almaniyada yaşayarkən Rusiyanın Ukraynaya hücumu nəticəsində bu ölkəyə köçən ukraynalı qaçqınlara yardım edib. Bunu hətta özü də açıqlayıb: “Həyat yoldaşım mənə dedi ki, bura gələn ukraynalı uşaqlara yardım toplayırlar. Bəzilərinin valideynləri olsa da, bəziləri ümumiyyətlə yetimdir. Biz də onlara öz yardım əlimizi uzatdıq”.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-05-03 01:15

“Fiorentina” qələbə qazandı, “Aston Villa” evdə uduzdu

blank
Dünya futbolu2024-05-03 01:03

Avroliqa: “Bayer”dən Romada qələbə, Marseldə heç-heçə

blank
Ölkə futbolu2024-05-02 23:47

Klublar Komitəsinin iclasında müzakirə olunan məsələlər bilindi

blank
Digər idman növləri2024-05-02 23:00

İlk yarımfinalçı bəlli oldu

blank
Milli komanda2024-05-02 22:45

“Prezident Kuboku”: İkinci günün qalibləri mükafatlandırıldı

blank
Milli komanda2024-05-02 22:27

Millimiz Belarus yığmasına uduzdu

blank
Digər idman növləri2024-05-02 20:00

Azərbaycanlı cütlük “Prezident Kuboku”nda üçüncü oldu

blank
Dünya futbolu2024-05-02 19:37

Fransa klubunda baş məşqçi ayrılığı

blank
Ölkə futbolu2024-05-02 19:11

“Sabah” bu bölgələrdə 22 futbolçu seçdi – VİDEO

blank
I Liqa2024-05-02 18:54

“Qaradağ Lökbatan” və “Şamaxı”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-02 18:36

Rusiya millisi üçün yeni rəqib

blank
Dünya futbolu2024-05-02 18:18

Benzema yenidən “Real”ın düşərgəsinə qayıtdı

blank
Digər idman növləri2024-05-02 17:59

Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku”nda medal qazandı

blank
Dünya futbolu2024-05-02 17:37

Millimizin sabiq üzvü “Əl-İttihad”la müqavilə bağladı

blank
Digər idman növləri2024-05-02 17:19

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib

blank
Ölkə futbolu2024-05-02 17:00

Yüksək Liqada mövsümə yekun vuruldu

blank
Ölkə futbolu2024-05-02 16:43

Martinsdən təşəkkür: “Növbəti mövsüm daha yaxşı olacaq”

blank
Digər idman növləri2024-05-02 16:26

Azərbaycan avarçəkəni “Prezident Kuboku”nun qızıl medalını qazandı

blank
Digər idman növləri2024-05-02 16:09

Gəncədə Açıq Qərb Kuboku

blank
Müsahibə2024-05-02 15:51

Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır

blank
Digər idman növləri2024-05-02 15:34

Senna İmolada yad ediləcək

blank
Digər idman növləri2024-05-02 15:17

“Anadolu Efes”in baş məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-05-02 15:00

Abdullayeva Estoniyada “Prezident Kuboku”nun ən yaxşı hakimi seçildi

blank
Premyer-liqa2024-05-02 14:45

“Turan Tovuz” – “Zirə” oyununun biletləri satışda!

blank
Ölkə futbolu2024-05-02 14:31

Klublar Komitəsinin iclası keçirilib

blank
Dünya futbolu2024-05-02 14:16

Oblakın əvəzinə gürcü qapıçı

blank
Dünya futbolu2024-05-02 14:02

“Yuventus” onu İtaliyaya qaytarır

blank
Dünya futbolu2024-05-02 13:46

ÇL-də həftənin futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-02 13:30

“Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik”

blank
Digər idman növləri2024-05-02 13:12

“Neftçi” və “Xırdalan”ın pley-offda ikinci görüşü

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm