Dünya futbolu
Münhendə Flikə tam etibar etmirlər
“Bayern”in yeni baş məşqçisinin kim olacağıyla bağlı müzakirələr çoxalır. Tomas Tuhellə yolların mövsümün sonunda ayrılacağı bəlli olduqdan sonra namizədlərin sayı çoxalır.
Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi Hansi Flikin geri qaytarılmasını da düşünür. Hazırda işsiz olan çalışdırıcı yenidən Münhendə görünməyin əleyhinə deyil. Amma onun Almaniya milli komandasındakı bərbad nəticələri klubda bir sıra şəxsin ehtiyat etməsinə səbəb olub. Bu üzdən klub rəhbərliyində yekdil qərar yoxdur.
58 yaşlı mütəxəssis 2019-21-ci illərdə “Bayern”ə uğurla rəhbərlik edib. Münheni Almaniya milli komandasına rəhbərlik etmək üçün tərk edən Flik, yığmada iki illik fəaliyyəti dövründə uğursuzluqla üzləşdi. Bu üzdən istefaya göndərilən mütəxəssis, ötən ilin oktyabrından işsizdir.