Ölkə futbolu
“Murad Musayev Azərbaycanda yaxşı işlədi”
“Lokomotiv”(Moskva), “Qəbələ” və Rusiya millisinin sabiq çalışdırıcısı Yuri Syomin Murad Musayevin “Krasnodar”a yenidən baş məşqçi təyin olunması ilə bağlı fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis “Sabah”ın sabiq çalışdırıcısı haqda xoş fikirlər səsləndirib.
Bununla yanaşı, Syomin Vladimir İviçin istefasını anlayışla qarşıladığını və bunun “Krasnodar”ın “Ximki”yə uduzaraq (0:2) Rusiya kubokundan kənarda qalması ilə bağlı olduğunu iddia edib: “Bir çaya iki və ya üç dəfə girə bilərsiniz. Bu, “Krasnodar” rəhbərliyinin verdiyi əla qərarıdır. O, Azərbaycanda daha çox təcrübə topladı, yaxşı işlədi. Ümid edirik ki, komandası ilə birlikdə çempionluq yarışını davam etdirəcək və sonda qalib gələcək. İviçin istefasını başa düşürəm. Kubokda uduzdular və turnirdən kənarda qaldılar. Düşünürəm ki, Vladimir İviçin istefası bununla bağlıdır”.
Xatırladaq ki, Musayev 2018-2021-ci illərdə “Krasnodar”a rəhbərlik edib və Vladimir İviçin bu yaxınlarda istefaya göndərilməsindən sonra geri qayıdıb. O, mövsümün sonuna qədər Rusiya klubuna rəhbərlik edəcək.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə