Bizi izləyin

Ölkə futbolu

Murad Musayev: “Azərbaycanın müsbət və mənfi cəhətləri olan çətin çempionatı var”

blank
blank

“Sabah”ın baş məşqçisi Murad Musayev “Match TV”yə geniş müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, 39 yaşlı rusiyalı mütəxəssis paytaxt təmsilçisinin sükanı arxasına keçməklə bağlı ilk dəvəti İctimai Televiziyanın baş direktoru Balaş Qasımovdan aldığını bildirib:

“Sabah”ın adının mənası növbəti gün, gələcək deməkdir və klub “Bridge company” şirkətlər qrupuna aiddir. Bir neçə dəfə “Zoom” proqramı vasitəsilə söhbətimiz oldu. Sonra komandanın oyunlarından birini izləmək üçün Bakıya uçdum. “Sabah”ın prezidenti Maqsud Adıgözəlov və baş direktoru Ramin Həsənovla tanış oldum. Amma ilk dəvət tanınmış ekspert Balaş Qasımovdan gəlib”.

O, Qasımovla əvvəllər heç bir tanışlığının olmadığını söyləyib: “Zəng etdi, “Krasnodar”a həmişə rəğbət bəslədiyini dedi. Daha sonra “Sabah” kimi bir layihənin mənə maraqlı olub-olmamasını dəqiqləşdirdi. Görünür, klub prezidenti ilə dostdur və bu komandaya azarkeşlik edir. Bir az fikirləşdim, amma eyni zamanda “Sabah”ın harada oynadığını və məşq etdiyini gördüm, şəhərə göz gəzdirdim. Və sonda razılıq verdim. Düzünü desəm, Qasımov mənim cavabıma xeyli təsir göstərdi. Məni “Nə? Harada? Nə zaman?” intellektual oyunları ilə bağlı həm Bakıya, həm də Moskvaya dəvət etdi. Hələ vaxtım olmayıb. Amma yaxın vaxtlarda təklifə məmnuniyyətlə cavab verəcəyəm”.

Bakıdakı həyatından bəhs edən Musayev bildirib ki, yaşadığı ərazidə çoxlu restoran, mağaza və gəzinti üçün gözəl sahil var:

“Bakının düz mərkəzində, yəqin ki, ən yaxşı yaşayış kompleksində yaşayıram. Ailəm hər ay bir həftəlik yanıma gəlir. Onlar burada olanda birlikdə gəzirik. Bakının heyrətamiz bulvarı, İçəri Şəhəri, dəniz mənzərələri və ləzzətli mətbəxi var. Uşaqlar hələ kiçikdir, biri 2 və digəri 3 yaşındadır. Onlara Krasnodarda uşaq bağçası, nənə və baba lazımdır. Yayadək belə olacaq, sonrasına baxarıq. Bakı ilə Krasnodar arasında birbaşa uçuşlar var. Yaxınlarımla görüşməkdə problem yoxdur, uçuş saat yarım çəkir”.

Musayev pasportunda Azərbaycana girişi qadağan edən hər hansı möhürün olmadığını söyləyib: “Ermənistandan danışırsınızsa, orada heç vaxt olmamışam. Burada qonşularla münasibət mövzusu çox ağrılıdır. Gələndə anladım ki, müharibə nə qədər kədər gətirib. Şəhərin ətrafında müharibədə həlak olmuş hərbçilərin portretləri asılıb. İnsanların üzündə kədər hiss olunur. Mən şəxsən yaxınlarını itirmiş bir neçə ailə tanıyıram. Xoşbəxtlikdən hərbi əməliyyatlar başa çatıb və indi Azərbaycan dinc həyat sürür”.

Özbək köklərinin olduğunu deyən baş məşqçi türk dilində danışmadığını vurğulayıb: “Amma atamın sözlərinə görə, babam azərbaycanlılarla rahat ünsiyyət qururdu. Burada dil problemi yaşamıram. Çünki həm komandada, həm də şəhərdə hər kəs rus və ya ingilis dilini başa düşür. “Sabah”da ispan və ingiliscə danışa bilən tərcüməçi var. Tapşırıqlarımı azərbaycanlı futbolçular üçün yerli köməkçilərim tərcümə edir”.

“Sabah”ın çalışdırıcısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib: “Rusiya Premyer Liqasının maliyyə imkanları Azərbaycan çempionatı ilə müqayisədə xeyli yüksəkdir. Bu üzdən Rusiya klubları heyətlərinə ciddi yığmalardan oyunçular dəvət edə bilirlər. Azərbaycanda isə sərt limit var. Meydana eyni vaxtda ən azı beş yerli oyunçu çıxmalı, biri isə 2000-ci il təvəllüdlü olmalıdır. Rusiyada futbol akademiyalarının işi daha yüksək səviyyədədir. Buradan böyük futbola düşən oyunçular daha hazırlıqlı olurlar. Futbolun ümumi səviyyəsi Rusiyanın xeyrinədir”.

Rusiyalı baş məşqçi Azərbaycan klubları arasında “Qarabağ”ı xüsusi fərqləndirib: “Avropada diqqət çəkən, ardıcıl 8 mövsüm Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış komandadan söhbət gedir. Bu kollektiv tezliklə Avropa Konfrans Liqasının pley-offunda Fransanın “Olimpik” (Marsel) komandası ilə oynayacaq. Bir neçə il öncə Avropa Liqasında Tula “Arsenal”ını üstələmiş hazırkı ölkə çempionu “Neftçi”ni də unutmayaq. Təbii ki, Rusiya liqası daha güclüdür. Bununla belə, Azərbaycanın da müsbət və mənfi cəhətləri olan çətin çempionatı var. Premyer Liqada cəmi səkkiz komanda çıxış edir. Dörd dövrə ərzində hamı bir-birinə qalib gələ bilər. Komandalar bir-birini tanıyır. Meydanda döyüş ruhu, sərt mübarizə olsa da, hakimlər çox fit çalmır”.

Musayevin sözlərinə görə, çempionluğu daha yaxşı yerli futbolçulara sahib olan komanda qazanır: “Limit varsa, yerli oyunçuların səviyyəsi böyük əhəmiyyət kəsb edir. “Qarabağ”dakı yerlilərin demək olar ki, hamısı Azərbaycan millisinin əsasını təşkil edir. Sonuncu dəfə “Sabah”dan iki nəfər yığmaya cəlb olunub. Amma onlardan heç biri meydana çıxmayıb. Ümid edirəm ki, futbolçuları milli üçün hazırlaya bilərik. Rusiyada da vəziyyət oxşardır: daha yaxşı rusları olan komanda çempion olur. Düzdür, qiymət heç də həmişə səviyyəni əks etdirmir. Bununla belə, əksər hallarda maliyyə göstəriciləri hələ də informativ xarakter daşıyır”.

Musayev Azərbaycan Premyer Liqasında çıxış edən ən yaxşı 3 futbolçunun adını da açıqlayıb. O, “Neftçi”dən Emin Mahmudovu, “Qarabağ”dan Abdullah Zubiri və “Zirə”dən Davit Volkovu bəyəndiyini bildirib. Gənc mütəxəssis “Sabah”ın heyətində heç kimi fərqləndirmək istəmədiyini söyləyib: “Mənim üçün hamısı yaxşıdır. Ümumiyyətlə, limitlə əlaqədar xaricdən Azərbaycan əsilli futbolçuların ölkəyə qaytarılması və onlara idman vətəndaşlığı verilməsi tendensiyası var. Ramil Şeydayevdə olduğu kimi. O, indi “Qarabağ”dadır. Bundan başqa, Tula “Arsenal”ından Ayaz Quliyev və “Ufa”dan Azər Əliyevlə bağlı xeyli söz-söhbət gəzir”.

Ötən ilin oktyabrından “Sabah”a başçılıq edən Musayev paytaxt klubu ilə 2 illik müqavilə imzalayıb.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Premyer-liqa2024-05-18 13:37

Masazırda belçikalı, Bayılda italyan hakim

blank
Dünya futbolu2024-05-18 13:29

Ronaldodan Səudiyyə Ərəbistanı çempionatında yeni rekord

blank
Dünya futbolu2024-05-18 13:00

“Çelsi”nin futbolçusu mövsümün ən yaxşı gənc oyunçusu seçildi

blank
Dünya futbolu2024-05-18 12:31

La Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-18 12:00

Azərbaycan boksçuları Macarıstandakı turniri iki medalla başa vurdular

blank
Digər idman növləri2024-05-18 11:31

Üçüncülük uğrunda növbəti matç

blank
Digər idman növləri2024-05-18 11:00

“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finalda

blank
Digər idman növləri2024-05-18 10:00

Millimiz bu gün növbəti matçını keçirəcək

blank
Premyer-liqa2024-05-18 09:00

“Sabah” “Sumqayıt”a, “Səbail” “Neftçi”yə, “Kəpəz” “Zirə”yə qarşı

blank
Digər idman növləri2024-05-18 08:00

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

blank
Dünya futbolu2024-05-18 01:00

“Fiorentina” və “Napoli”dən heç-heçə

blank
Dünya futbolu2024-05-18 00:37

Şahruddinin komandası yenə uduzdu

blank
Digər idman növləri2024-05-18 00:09

Azərbaycan millisi Xorvatiyanı məğlub etdi

blank
Premyer-liqa2024-05-17 23:50

“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-17 23:22

“Bu gün xal qazanmaq istəyirdik” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-05-17 23:00

“Turan Tovuz” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-17 22:21

“Qarabağ” “Turan Tovuz”a qalib gəldi

blank
Dünya futbolu2024-05-17 21:31

Fransa klubunun baş məşqçisi karyerasını başa vurur

blank
Dünya futbolu2024-05-17 21:15

İspaniya millisi İskonu itirdi

blank
Dünya futbolu2024-05-17 21:00

İngiltərə klubunda baş məşqçi ayrılığı

blank
Digər idman növləri2024-05-17 20:46

Azərbaycan yığması Rumıniyaya uduzdu

blank
Dünya futbolu2024-05-17 20:29

“Yuventus” Alleqrini istefaya göndərdi

blank
Ölkə futbolu2024-05-17 20:12

Nəcəfin “fotoinkişaf modeli”

blank
Digər idman növləri2024-05-17 20:00

“Bu, gözlədiyimiz nəticə deyil”

blank
Dünya futbolu2024-05-17 19:46

“Liverpul”da daha bir ayrılıq

blank
Digər idman növləri2024-05-17 19:30

Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər

blank
Ölkə futbolu2024-05-17 19:14

Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb

blank
Dünya futbolu2024-05-17 19:00

“Çelsi” Estevao üçün tam məbləğ ödəmək istəmir

blank
Digər idman növləri2024-05-17 18:45

AVF Gəncədə toplanış təşkil edib

blank
Ölkə futbolu2024-05-17 18:32

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə görüşüb

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm