Ölkə futbolu
Murad Musayev “Neftçi”nin oyunçusunu “qaralayıb”
Tarixində ilk dəfə Azərbaycanı avrokuboklarda təmsil edəcək “Sabah” vaxt itirmədən transfer çalışmalarına başlayıb. Futbolinfo.az saytının məlumatına görə, baş məşqçi Murad Musayev bu dəfə yaxından tanıdığı futbolçuların keçidində maraqlıdır.
Gənc mütəxəssis Rusiya Premyer Liqasından ona tanış olan bir neçə oyunçunu “qaralayıb”. Musayevin transfer gündəmində olanlar arasında “Neftçi”də çıxış edən Azər Əliyev də var. Rusiyada müxtəlif klublarda çıxış etmiş 29 yaşlı cinah oyunçusu “Neftçi”yə ötən ilin yanvarında keçib. Lakin “ağ-qaralar”da işlər heç də onun ürəyincə getmir.
Belə vəziyyətdə Əliyev yəqin ki, daha güclü komandaya keçməyin əleyhinə olmaz. Yeganə problem onun “Neftçi” ilə 2025-ci ilin yayınadək müqaviləsinin davam etməsidir. Yəni “Sabah”ın bu keçidi reallaşdırmaq üçün “ağ-qaralar”ın təzminat tələbini qarşılamaqdan başqa yolu yoxdur.
Qeyd edək ki, Azər Əliyev bu mövsüm Premyer Liqada keçirdiyi 21 oyunda 1 qol vurub.