Digər idman növləri
“Murov” növbəti, “Sərhədçi” ilk qələbəsini qazandı
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan 14-cü tura MOİK – “Murov” matçı ilə start verilib.
Qarşılaşma “Murov”un üstünlüyü ilə başlayıb. Fərid Cəlalovun komandası ilk hissəni 25:18 hesabı ilə aktivinə yazıb. Növbəti 2 hissədə də rəqibindən üstün oyun nümayiş etdirən “Murov” 3 xalı 3 setlə qazanıb – 3:0 (25:18, 25:23, 25:8).
Günün ikinci matçında “Sərhədçi” “Ekspress”lə görüşüb. Bu qarşılaşmada isə qalib 4 hissədə müəyyən olunub. İlk iki setdə (25:22, 27:25)hesabı ilə qalib gələn “Sərhədçi” üçüncü hissəni 13:25 hesabı ilə məğlub olub. Dördüncü set isə matçda sonuncu olub. “Sərhədçi” bu seti 25:23 hesabı ilə qalib gələrək, çempionatda ilk qələbəsini qazanıb – 3:1 (25:22, 27:25, 13:25, 25:23)
Beləliklə, 14 turdan sonra “Murov” 29 xalla turnir cədvəlinə liderlik edir. Bu turda istirahət edən “Neftçi”nin 28, MOİK-in 18, “Ekspress”in 6, “Sərhədçi”nin 3 xalı var.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı