Ölkə futbolu
Musa Qurbanlı: “Daha güclü qayıdacağıq”
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı yeni klubu “Yurqorden”də debüt etməsi haqda fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, İsveç çempionatının 17-ci turunda “Elfsburq”la görüşün 58-ci dəqiqəsində meydana çıxıb.
Oyun “Yurqorden”in məğlubiyyəti ilə başa çatıb – 0:4.
Musa matçdan sonra sosial şəbəkə hesablarında etdiyi paylaşımda bildirib: “Azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm. Daha güclü qayıdacağıq”.