Dünya futbolu
Musanın komanda yoldaşı “Tottenhem”də
Azərbaycanlı futbolçu Musa Qurbanlının İsveç “Yurqorden”indəki komanda yoldaşı Lukas Berqvall İngiltərə klubu “Tottenhem”ə keçib.
Futbolinfo.az klubun rəsmi saytına istinadən məlumatına görə, 17 yaşlı yarımmüdafiəçi London təmsilçisi ilə 5 illik müqavilə bağlayıb.
İspaniya nəhəngi “Barselona” ilə anlaşan Berqvall kataloniyalıların baş məşqçisi Xavi Ernandesin yayda ayrılacağını açıqlamasından sonra fikrini dəyişib. Razılığa əsasən, isveçli orta sahə oyunçusu mövsümün sonunda “Tottenhem”ə qoşulacaq. Bu transfer “Yurqorden”ə 10 milyon avro qazandıracaq.
Berqvall 2023-cü ilin fevralından formasını geyindiyi “Yurqorden”in heyətində 29 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var