Bizi izləyin

Müsahibə

“Musayevin gedişi mənim üçün gözlənilməz oldu” – Marqarita

blank
blank

“Sabah”ın niderlandlı yarımmüdafiəçisi Jarl Marqaritanın futbolinfo.az saytına müsahibəsi

  • Söhbətə Murad Musayevin “Sabah”dan gedişi ilə başlayaq. Onun rəhbərliyi altında çıxdığınız sonuncu matçda “Qarabağ”a 1:7 hesabı uduzdunuz. Bu hesab sizin üçün daha gözlənilməz oldu, yoxsa Musayevin gedişi?
  • Əvvəla onu deyim ki, Murad Musayevin istefasına görə təəssüf edirəm. Belə olmasını istəməzdim. Təbii ki, 1:7 hesablı məğlubiyyəti heç bir futbolçu normal qəbul edə bilməz. Hər ikisi – həm “Qarabağ”a böyükhesablı yenilgi, həm də Musayevin gedişi mənim üçün gözlənilməz və təəssüfləndirici oldu.
  • Musayevin gedişindən sonra çempionatda “Turan Tovuz”la matça hazırlaşmaq sizin üçün çətin olmadı?
  • Komandanın hər bir üzvü peşəkardır. Bu oyunların bizim üçün nə qədər vacib olduğunu ayrı-ayrılıqda hamı yaxşı dərk edir. Buna görə də “Turan Tovuz”la hazırlıq prosesi çətin olmadı. Amma fərqli keçdiyini deyə bilərəm.
  • “Turan Tovuz”la oyunun gedişində hesabda geri düşsəniz də, sonra tarazlığı (1:1) bərpa edə bildiniz. Qazanılan 1 xalı qənaətbəxş sayırsınız?
  • Çətin matç oldu. “Turan Tovuz”la əvvəlki görüşlərimiz də asan keçməmişdi. Bu qarşılaşma da istisna olmadı. Oyuna yaxşı başlamadıq. Lakin sonradan toparlana bildik. Bunun da nəticəsində hesabı bərabərləşdirməyi bacardıq. Təəssüf ki, davamını gətirib qələbə qolunu vura bilmədik.
  • “Sabah”ın yeni baş məşqçisi hələ müəyyənləşməyib və belə bir vəziyyətdə növbəti turda yenə “Qarabağ”la qarşılaşacaqsınız. Bu vəziyyətdə liderlə oyunda nəyəsə ümid etmək olar?
  • Çətin olacaq. Rəqib haqda danışmağa ehtiyac görmürəm, onsuz da hamı “Qarabağ”ın necə komanda olduğunu yaxşı bilir. Sona kimi mübarizə aparmalıyıq.
  • “Sabah”a böyük ümidlərlə gətirilmişdiniz. Buvaxtadək Azərbaycanda sərgilədiyiniz oyun sizi qane edir?
  • Xeyr, tam qane etmir. Fikrimcə, komandaya daha artığını verə bilərəm və bunun üçün var qüvvəmlə çalışıram. Qarşıdakı oyunlarda özümü daha yaxşı tərəfdən göstərəcəyimə inanıram.
  • Cari mövsümün bunaqədərki hissəsində qeydə alınan nəticələr “Sabah”dan gözləntiləri qarşılamır. Yeni gələcək baş məşqçinin adaptasiya prosesi keçəcəyini nəzərə alsaq, işiniz daha da çətinləşə bilər. Komandanız indiki şərtlər altında avrokuboklara vəsiqə uğrunda mübarizədə sevinən tərəflərdən biri ola biləcək?
  • Əlbəttə, buna inanıram. Həmişə dediyim kimi, bizim keyfiyyətli futbolçulardan təşkil olunmuş yaxşı komandamız var. “Sabah” avrokuboklara vəsiqə qazanmaq tapşırığının öhdəsindən gəlməyə qadirdir.
  • Buraya gələnədək Azərbaycan çempionatı haqda olan düşüncələrinlə gəlib oyunlarda iştirak etdikdən sonrakı fikirlərin üst-üstə düşdümü? Çempionatımızda bəyəndiyiniz və bəyənmədiyiniz məqamlar hansılardır?
  • Azərbaycan Premyer Liqası mənim gəldiyim çempionatdan çox fərqlidir. Amma keyfiyyətli liqadır. Hər bir komanda digərinə qalib gələ bilər. Əvvəlki turlarda bunun dəfələrlə şahidi olmuşuq.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-17 22:29

40 yaşında karyerasını bitirir

blank
Digər idman növləri2024-04-17 21:46

“Neftçi” finalda “Xəzri”yə rəqib oldu

blank
Digər idman növləri2024-04-17 21:06

Baxşıyev “Xəzri”yə məğlubiyyəti şərh etdi

blank
Digər idman növləri2024-04-17 20:48

“Azərreyl” finalda

blank
Digər idman növləri2024-04-17 20:19

Ağcabədidə məktəblilər yarışdı

blank
Dünya futbolu2024-04-17 20:00

Dele Allinin mundial arzusu

blank
Digər idman növləri2024-04-17 19:38

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-17 19:19

Boksçularımız Avropa çempionatında mübarizə aparacaq

blank
Dünya futbolu2024-04-17 19:00

Haller Dortmunddan ayrılacaq

blank
Digər idman növləri2024-04-17 18:41

Kubokun ilk finalçısı bəlli oldu

blank
Digər idman növləri2024-04-17 18:22

Güləş yığmalarımız Avropa çempionatına hazırlaşırlar

blank
Digər idman növləri2024-04-17 18:03

İlk finalçı müəyyənləşdi

blank
I Liqa2024-04-17 17:49

“Mingəçevir” uduzdu, “Şamaxı” qalib gəldi

blank
I Liqa2024-04-17 17:34

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi

blank
Ölkə futbolu2024-04-17 17:17

Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”

blank
Dünya futbolu2024-04-17 16:59

Romario 58 yaşında karyerasını bərpa etdi

blank
Dünya futbolu2024-04-17 16:41

Daha bir özbək İtaliyaya köçür

blank
Dünya futbolu2024-04-17 16:22

“Atletiko” antirekordunu təkrarladı

blank
Müsahibə2024-04-17 16:07

Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”

blank
Premyer-liqa2024-04-17 15:50

“Turan Tovuz” – “Sumqayıt” oyununun biletləri satışda!

blank
Digər idman növləri2024-04-17 15:33

Azərbaycanlı bilyardçı Avropa çempionu oldu

blank
Digər idman növləri2024-04-17 15:15

MHL-də pley-offun son cütlükləri də məlum oldu

blank
Digər idman növləri2024-04-17 14:57

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək

blank
Ölkə futbolu2024-04-17 14:39

Yüksək Liqada 19-cu turun hakim təyinatları

blank
Dünya futbolu2024-04-17 14:24

“Milan”da yeni müqavilə

blank
Premyer-liqa2024-04-17 14:07

Premyer Liqanın 31-ci turu rəqəmlərin gözü ilə

blank
Digər idman növləri2024-04-17 13:52

“Neftçi” ilə oyun bizim üçün həlledicidir”

blank
Dünya futbolu2024-04-17 13:37

“Barselona”nın futbolçuları tarixə düşdülər

blank
I Liqa2024-04-17 13:20

I Liqada 22-ci turun hakimləri bəlli oldu

blank
Digər idman növləri2024-04-17 13:05

Nadal qələbə ilə qayıtdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm