Dünya futbolu
Mutu “Fiorentina”nın ən yaxşıları arasında
“Fiorentina”da bütün dövrlərin ən yaxşı simvolik komandası açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, rəmzi “11-lik”də “Neftçi”nin baş məşqçisi Adrian Mutu da yer alıb.
2006-2011-ci illərdə Florensiya klubunun heyətində 143 oyunda 69 qol, 27 məhsuldar ötürmə ilə yadda qalan rumıniyalı İtaliya klubu tarixinin ən məhsuldar 5-ci oyunçusudu.
O, Qabriel Batistuta və Kurt Hamrinlə birlikdə 3-4-3 sxeminin hücum “trio”suna düşüb.
“Fiorentina” tarixinin simvolik “11-liy”i: Sebastian Frey – Serxio Kervato, Pietro Vierkovud, Daniel Passarella – Rui Koşta, Cankarlo Antononi, Cankarlo De Sisti, Roberto Bacco – Adrian Mutu, Qabriel Batistuta, Kurt Hamrin.
Qeyd edək ki, Adrian Mutu bu yay “Neftçi”nin baş məşqçisi təyin olunub.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə