Dünya futbolu
Mutu “Qəbələ”nin sabiq baş məşqçisinə sataşdı, cavabını aldı
“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu ölkəsi Rumıniyaya dönər-dönməz qalmaqala qarışıb.
Futbolinfo.az xəbər verir ki, 44 yaşlı mütəxəssis “Otselul”un baş məşqçisi Dorinel Munteanunun məşq metodunu tənqid edib.
O bildirib ki, 55 yaşlı həmkarı köhnə üsullardan istifadə edir: “Biz artıq 2024-cü ildəyik. Futbolçuları küçələrdə avtomobillərin arasında qaçmağa vadar edir. Bu məşqlərin futbolla heç bir əlaqəsi yoxdur. Munteanu köhnə məktəb prinsipləri ilə çalışır”.
“Qəbələ”nin sabiq baş məşqçisinin cavabı da özünü çox gözlətməyib. 2014-cü ildə ölkəmizdə fəaliyyət göstərmiş Munteanu Mutuya öz nəticələrinə baxmağı məsləhət görüb: “Mutu ilk növbədə məşqçi kimi hansı nəticələr əldə etdiyinə baxmalıdır. Kim mənim metodlarıma şərh verirsə, nələrə nail olduğuma fikir versin, sonra danışsın. Mutunun bu açıqlamalarında peşəkarlıq çatışmazlığı var. Mənim nəticələrim onun kimilərin sözlərindən daha yüksəkdir”.
Qeyd edək ki, Dorinel Munteanunun çalışdırdığı “Otselul” Rumıniya yüksək liqasında 21 turdan sonra 26 xalla 11-ci pillədə qərarlaşıb.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı