Ölkə futbolu
Mutunun “Jelezniçar”la cavab oyunundan əvvəl mətbuat konfransı olacaq
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində avqustun 3-də saat 21:00-da 8-ci km stadionunda keçiriləcək “Jelezniçar”la cavab oyunundan əvvəl “Neftçi”nin baş məşqçisi Adrian Mutu və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
Futbolinfo.az xəbər verir ki, tədbir avqustun 2-si saat 18:30-dan etibarən 8-ci km stadionunda keçiriləcək. Konfransdan sonra, saat 19:00-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
Eyni məkanda həmin gün saat 19:30-da “Jelezniçar”in baş məşqçisi Nermin Başiç və futbolçu Edin Rustemoviçin iştirakı ilə mətbuat konfransı, 20:00-da isə komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
Qeyd edək ki, hər iki komandanın mətbuat konfransı və açıq məşqinin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar