Ölkə futbolu
Mutunun yeni komandası müəyyənləşdi
Qış fasiləsində “Neftçi”dən istefaya göndərilən Adrian Mutunun yeni komandası müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Rumıniyanın əfsanəvi futbolçusu Qabi Balint həmkarının növbəti iş yerinin bəlli olduğunu açıqlayıb.
60 yaşlı mütəxəssisin fikrincə, Mutu ölkəsində ÇFR klubunun sükanı arxasına keçəcək: “Kluj təmsilçisinin adı bir neçə mütəxəssislə birgə hallanır. Lakin rəhbərlik Mutuya üstünlük verib. Tərəflər bu məsələdə anlaşıblar. İndi qalır baş məşqçi Andrea Mandorlininin istefaya göndərilməsi”.
Qeyd edək ki, Adrian Mutu mövsümün əvvəlində “Neftçi”nin sükanı arxasına keçsə də, ötən ay vəzifəsindən ayrılıb.