Dünya futbolu
MY-dən ayrıldı, Səudiyyə Ərəbistanına üz tutdu
Son olaraq “Mançester Yunayted”də çıxış edən Odion İqalonun yeni ünvanı bilinib.
Futbolinfo.az xəbər verir ki, nigeriyalı hücumçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
İqalo sözügedən ölkənin “Əl Şabab” klubuna keçib. Bu barədə Ər-Riyad təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İqalo ilə 2,5 illik müqavilə imzalanıb.
İqalo ötən ilin yanvarında Çinin “Şanxay Şenxua” klubundan icarə əsasında “Mançester Yunayted”ə keçmişdi. O, İngiltərə təmsilçisində 23 oyunda 5 qol vurub, 1 qolun ötürməsini verib.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə