Dünya futbolu
MY-nin futbolçusu üçün mövsüm erkən bitdi
İngiltərənin “Mançester Yunayted” komandası ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi Donni van de Bek uzun müddətə sıradan çıxıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçunun dizindən aldığı zədəyə görə bu mövsümün sonunadək meydana çıxmayacağı açıqlanıb. Niderlandlı oyunçunun yalnız növbəti mövsümün əvvəlində hazır olacağı bildirilir.
2020-ci ildə “Ayaks”dan “Mançester Yunayted”ə gəlmiş Donni, bu komanada 60 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar