Ölkə futbolu
“Nəticə qane etməsə də, oyundan razı qaldım” – Regekampf
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Türkiyədəki təlim-məşq toplanışında yerli “Sivasspor”a 0:1 hesabı ilə uduzduqları yoxlama oyunu barədə fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, 47 yaşlı mütəxəssis oyundan razı qaldığını deyib:
“Nəticə məni qane etməsə də, oyundan razı qaldım. Bu gün bəzi epizodları sağa-sola xərclədik.
Hər oyunda həm A, həm də B sistemi olur. Hər iki sistemə hazır olmalıyıq. Yoxlama görüşlərində təzyiq olmadığı üçün bütün səhvləri görə bilirik”.
“Neftçi” Boludakı ilk yoxlama matçında “Sakaryaspor”la 1:1 hesablı heç-heçə edib. “Ağ-qaralar” hazırlıq prosesində daha bir oyun keçirməyi planlaşdırır.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”