Ölkə futbolu
“Nəyinsə səhv olduğunu söyləmək lazım idi” – Baqa
Belarusun “Şaxtyor” (Soliqorsk) komandasının yeni baş məşqçisi Aleksey Baqa “Sumqayıt”da çalışdığı dövr barədə qısa danışıb.
Futbolinfo.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
“Mən o dövrü yüksək qiymətləndirirəm. Uğursuz vaxtlardan qorxmuram və bəhanə gətirməyəcəyəm. Səmimi olaraq nəyinsə səhv olduğunu söyləmək lazım idi”.
Xatırladaq ki, ötən ilin dekabrında “Sumqayıt”a baş məşqçi təyin olunan Baqa bu ilin sentyabrında uğursuz nəticəyə görə istefaya göndərilmişdi. O, bu ay Belarus klubunun baş məşqçisi təyin olunub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”