Digər idman növləri
Nadal Brisbendə çıxışını başa vurdu
İspaniyalı tennisçi Rafael Nadal Brisben turnirindəki çıxışını başa vurub. ¼ final mərhələsində o, yerli idmançı Cordan Tompsona məğlub olub. 7:5, 6:7 (6:8), 3:6.
Oyun 3 saat 26 dəqiqə davam edib. İkinci setdə ispan tennisçi 3 matçboldan istifadə edə bilməyib. Görüş ərzində Rafa tibbi personalın köməyinə də ehtiyac duyub. Məşhur tennisçinin keçən il aldığı zədənin yerində ağrıları olub.
Xatırladaq ki, Nadal hazırda dünya reytinqində 672-ci pillədədir. Onun məğlub olduğu rəqibi isə 55-ci sırada qərarlaşıb. Tompsonun Brisben turnirinin yarımfinalında rəqibi Qriqor Dimitrov olacaq.