Digər idman növləri
Nadal – Cokoviç qarşılaşması yalnız yarımfinalda mümkündür
Maraqla gözlənilən İndian-Vels tennis turnirinin püşkü atılıb. İlin ilk “Masters”ində Rafael Nadalın iştirakı gözlənilir. Püşkatma zamanı onun hansı rəqiblə qarşılaşacağı əsas sual doğuran məqamlardan olub.
Beləliklə, hazırda dünya reytinqində 664-cü pillədə olan ispan tennisçinin ilk mərhələdə rəqibi Miloş Raoniç olub. Güclü servisləri ilə tanınan kanadalı tennisçini məğlub edəcəyi təqdirdə Nadal, Holger Rune ilə qarşılaşacaq.
Çoxları turnirdə yenidən Nadal – Cokoviç duelinin olacağını gözlədiyindən qarşılaşmanın yalnız yarımfinalda baş tuta biləcəyini vurğulamaq lazımdır. Həmin mərhələyə qədər Novakın yolu çətin görünmədiyi halda, Nadal üçün bu, asan olmayacaq. Belə ki, ispan tennisçinin Runedən sonra rəqibləri Muzetti, Dimitrov və Medvedev ola bilər. Sadalanan bu tennisçilər isə hazırda çox yaxşı formadadırlar.
Qeyd edək ki, turnirin mükafat fondu 8,9 milyon ABŞ dollarıdır. Keçən il yarışın qalibi Karlos Alkaras olub.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı