Digər idman növləri
Nadal sağalmaq bilmir
22 dəfə “Böyük dəbilqə” seriyalı turnirlərin qalibi olan Rafael Nadalın səhhətində yeni problemlər yaranıb. Tennisçinin belində ağrılar var. Buna görə də o, qarşıdakı 6 həftəni buraxa bilər.
Yayılan məlumata inansaq, onun bu həftə başlayacaq “Masters” turnirində iştirakı inandırıcı görünmür. İspaniyalı tennisçi Monte-Karlodan sonra Barselonada da iştirak etməyə bilər. Proqnozlara əsasən, Rafanın növbəti 6 həftə ərzində oynaması mümkünsüz görünür.
KİV-in məlumatına görə, Nadalın oynaya biləcəyi ilk turnir Romadakı “Masters” olmalıdır.
Xatırladaq ki, 37 yaşlı tennisçi Amerikadakı turnirlərdə oynamağı planlaşdırırdı. Lakin zədə buna imkan verməmişdi. Okeanın o tayında Rafanın yeganə oyunu Karlos Alkarasa qarşı olmuşdu. Həmin oyunda veteran tennisçi gənc həmyerlisinə məğlub olmuşdu.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…