Digər idman növləri
Nadal tennis turnirinin qalibi oldu
Rafael Nadal qolf turnirinin qalibi olub. İspaniyalı tennisçi qatıldığı turnirdə hamıdan üstün olmağı bacarıb. O, ikinci olan idmançını 7 zərbə qabaqlayıb.
Turnir İspaniyanın Malyorka şəhərində keçirilib. Rafael Nadal da məhz həmin şəhərdəndir. Tennisçi hazırlıqlarına ara verərək yarışlarda iştirak edib. Turnirə ümumilikdə 75 nəfər qatılıb. Yarış həvəskar xarakteri daşıyıb.
Xatırladaq ki, Nadal dördüncü dəfədir ki, bu turnirdə iştirak edir. 2021-ci ildə o, 4-cü, 2022-də 6-cı, 2022-də isə 2-ci yeri tutmuşdu.