Dünya futbolu
Nağıyevin komandası səfərdən xalsız döndü
Futbol üzrə Moldova çempionatında 2-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Petrokub” ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib. İlk turda bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.
İki turdan sonra 3 xalı olan “Dinamo-Avto” 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”