Bizi izləyin

Ölkə futbolu

Naqifə bir işarə: Təzyiq göstərmək yox, məsələ qaldırmaq lazım idi

blank
blank

“Kəpəz”in ev oyunlarını Bakıda keçirməsi ciddi müzakirələrə səbəb olub. Gəncə stadionunun qəzalı vəziyyətdə olması üzündən verilən qərarda qərəz axtaranlar da var.

Əslində, Fövqəladə Hallar Nazirliyinin Premyer Liqa matçlarının burada keçirilməsinə qadağa qoyması tam anlaşılandı. Yarım əsrdən çoxdu təmir üzü görməyən arenanın tribunaları mümkün faciələr üçün açıq meydandı. Bu üzdən nazirliyi müsbət rəy vermədiyi üçün tənqid etmək yox, alqışlamaq lazımdı. Tənqid isə bugünədək hazırkı duruma göz yumanlara düşür. Mətbuat, gəncəli azarkeşlər illərdi haray çəkir, amma kimsənin tükü tərpənmir. İş reallığa gələndən sonra narahatlıq, malalama cəhdləri başlayıb.

Hazırkı durumda açıqlama verməsi lazım gələn Gənclər və İdman Nazirliyidi. Çünki stadion bu qurumun balansındadı, illərdi təmir işləri aparılmayıbsa, təmir üçün dövlət rəhbərliyi qarşısında məsələ qaldırılmayıbsa, nazirlik günahkardı. Bəlkə də məsələ qaldırılıb, başqa hansısa əngəllər ortaya çıxıb – bunu bilmirik, öyrənmək üçün müraciət etdiyimiz nazirliyin mətbuat xidməti isə zənglərimizə cavab vermir.

İndiki halda, AGİN-in də bəhanəsi var, nazirliyin yeni rəhbərliyi yəqin ki, günahı sələflərinin boynuna atacaq. Amma ən azı bundan sonrakı planlar barədə deməyə sözləri olmalıdı. “Kəpəz” in qaçqın həyatının nəvaxtadək davam edəcəyinə aydınlıq gətirə bilərlər.

Bu məsələdə AFFA-nı qınamağın yeri yoxdu. Qurum başqasının balansında olan stadionda ondan xəbərsiz təmir işi apara bilməzdi. Heç Gəncə stadionunun qazonunun dəyişdirilməsi də assosiasiyanın borcu deyildi, lakin illər öncə bunu ediblər. İndi isə küçələrdə qalan “Kəpəz”ə öz balanslarında olan “Dalğa Arena”da isti ocaq veriblər. AFFA-nın yeganə günahı illər boyunca nazirliklə işbirliyində olmamasıdı. Bəlkə də olmaq istəyiblər, qarşı tərəf müsbət yanaşmayıb?

Hadisəyə ən maraqlı reaksiyanı Gəncənin Milli Məclisdəki təmsilçisi Naqif Həmzəyev verib. Deputat qol.az-a açıqlamasında günahkarları göstərmədən, öz təşəbbüslərindən söz açmadan, çıxış yolları tövsiyə etmədən ümumi sözlərlə özünü canıyanan kimi qələmə verib: “Kəpəz”in Premyer Liqaya çıxması bizi çox sevindirdi. Ancaq təəssüflər olsun ki, aldığımız bu xəbər bütün “Kəpəz” azarkeşlərini, o cümlədən də bizi məyus etdi. Səbəbi tam olaraq bilinməsə də, ehtimal olunur ki, Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər stadionunda müəyyən qüsurların olması haqda verdiyi rəyə əsasən komandanın ev oyunlarının Bakıda keçirilməsi qərara alınıb. Bu da “Kəpəz” və onun azarkeşləri üçün çox utancverici bir xəbərdir. “Kəpəz” Gəncənin komandasıdır və öz tarixi var. Buna görə də “Kəpəz”in ev oyunlarının kiçik sayda – 1000-1500 azarkeşin iştirakı ilə Gəncədə keçirilməsi yaxşı olardı. Çünki “Kəpəz” həmişə öz gücünü azarkeşlərdən alıb. Bu baxımdan da mən AFFA rəsmilərindən və aidiyyatı qurumlardan xahiş edirəm ki, “Kəpəz” azarkeşlərinin istəyini nəzərə alaraq az bir sayda tamaşaçı iştirakı ilə komandanın ev oyunlarının məhz Gəncədə keçirilməsinə icazə verilsin. Belə olacağı təqdirdə bu, digər klublar üçün də maraqlı olacaq və Azərbaycan Premyer Liqası təkcə Bakıda yox, bölgədə də keçiriləcək. Klublar avtobus və ya təyyarə ilə Gəncəyə səfər edər. Bu, çox maraqlı olar və ümumilikdə Azərbaycan futboluna töhfə verər. Son illər “Kəpəz”in ev oyunları həmişə Gəncədə keçirilib. Yalnız iki sektor qəzalı olduğu üçün ora tamaşaçılar buraxılmırdı. Ancaq indiyədək heç bir ciddi problemlə qarşılaşmamışıq. Düşünürəm ki, ilk oyuna çatmasa da, növbəti ev matçları mütləq Gəncədə keçirilməlidir. Belə olmasa, “Kəpəz”dən istədiyimiz nəticəni ala bilməyəcəyik və növbəti uğursuzluqla qarşılaşacağıq”.

Həmzəyev sanki statusundan yararlanaraq təzyiq etməyə, qərarın dəyişilməsinə nail olmağa cəhd edir. Problemin səbəbini araşdırmır, günahkarları göstərmir, sadəcə, “belə olmalıdı” deyə ağıl verir. Görəsən, sabah stadionda hansısa faciə baş versə, kimsə dünyasını dəyişsə, hörmətli deputat nə deyəcək, məsuliyyətin altına girəcəkmi?

Belə populist, tələbedici formada danışmaqdansa, Naqif bəy öz fəaliyyətinin hesabatını versin. O, 3 il Gəncədə İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışıb, 7 ildi millət vəkilidi. Bu müddətdə Həmzəyevin Gəncə stadionu ilə bağlı məsələ qaldırdığını, Milli Məclisdə təklif irəli sürdüyünü görməmişik. Yanğın başlayandan sonra kənarda durub ağıl verməklə deyil, yanğın başlamamış onun olmaması üçün çalışmaq lazım idi.

AFFA-ya təzyiq etmək, FHN-in rəyini dəyişdirməyə çalışmaq lazım deyil. 1000-1500 azarkeşin otura biləcəyi müvəqqəti yer düzəltməklə də olmur, Gəncə stadionu ilə bağlı ciddi tədbirlər görmək lazımdı. Bölgə klubları Premyer Liqaya Bakıda oynamaq üçün buraxılmayıb.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-05-01 00:57

ÇL: “Bayern” və “Real”dan ilk oyunda məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm