Digər idman növləri
“Neftçi” 1/4 finala yüksəldi, millimiz qrupda qaldı
3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Astara mərhələsində qrup oyunlarına yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, C qrupunun sonuncu oyununda “Yuanda” klubuna 9:21 hesabı ilə məğlub olan qadın millimiz qrupdaca mübarizəni dayandırıb.
D qrupunun sonuncu oyununda Macarıstan seçməsinə 17:15 hesabı ilə qalib gələn “Neftçi” komandası isə 1/4 finala vəsiqə qazanıb.
1/4 finalda “Neftçi”nin rəqibi Çin millisi olacaq. Mayın 21-də baş tutacaq oyun saat 14:30-da start götürəcək.
1/4 finalın digər oyunlarında bu komandalar üz-üzə gələcəklər: Ukrayna – Polşa, Avstriya – Macarıstan, “Yuanda” – Misir.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı