Ölkə futbolu
“Neftçi” Daboyla bağlı tədbir görəcək
“Neftçi” PFK-nın rəhbərliyi futbolçu Baqali Dabonun davranışından xəbərdardır və onun qəbuledilməz davranışına görə müvafiq tədbirlər görəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytının yaydığı bəyanatda qeyd olunur.
Xəbərdə o da vurğulanıb ki, rəhbərlik futbolçunun klubun imicinə ciddi şəkildə xələl gətirdiyini bilir. Hüquqi çərçivədə addımlar atılacaq və ictimaiyyətə bununla bağlı məlumat veriləcək.
Qeyd edək ki, Baqali Dabonun həyat yoldaşı bu gün sosial şəbəkə hesabında futbolçunun “Qarabağ”ın formasını geyindiyini əks etdirən video paylaşıb.